waplog

Paltaryuyan maşın smartfon vasitəsi ilə idarə olunacaq


"CES 2012" sərgisində yalnız planşet, ultrabuk və smartfon deyil, həm də intellektual paltaryuyan maşınlar görmək olar. Məsələn, "Samsung" şirkəti "WF457" paltaryuyan maşınını təqdim edib.

Maşın 8 düymlü sensor maye kristal ekran və "ağıllı" telefonla əlaqə yaradılması üçün "Wi-Fi" modulu ilə təchiz edilib.

Smartfon vasitəsi ilə istifadəçi bütün yuyulma prosesinə məsafədən nəzarət edə biləcək. Maşın yuyulma prosesinin sonuna nə qədər vaxt qaldığı,  nasazlıqlar və s. haqqında smartfona xəbər göndərəcək.

Paltaryuyan maşının işini məsafədən dayandırmaq və yenidən işə salmaq mümkün olacaq.
"Samsung WF457" maşını, həmçinin aşağı enerji istehlakı, tutumlu çən və yuyulma prosesinə az vaxt sərf edilməsi ilə səciyyələnir.

Maşında ləkələrin daha yaxşı təmizlənməsi, səs-küyün, vibrasiyaların azaldılması və s. üçün yeni texnologiyalar tətbiq edilib. Paltaryuyan maşının satışları yazda başlanacaq.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL