waplog

“İDC” 2011-ci ilin dördüncü rübündə fərdi kompyuter bazarının zəifləməsi haqqında bildirib


“İDC” analitik şirkətinin bu gün dərc etdiyi hesabata əsasən, fərdi kompyuter satışları 2011-ci ilin son üç ayı ərzində dünya iqtisadiyyatındakı böhran vəziyyət, sərt disk çatışmazlığı və s. ilə əlaqədar zəifləyib.

Bütövlükdə, 2011-ci ilin dördüncü rübündə yeni fərdi kompyuter tədarükləri  bütün dünyada 92,7 milyon təşkil edib.

Bu göstərici isə 2010-cu ilin analoji dövrü ilə müqayisədə isə 0,1% (92.8 milyon) azdır.
Ümumilikdə 2011-ci il ərzində bazara təxminən 352,4 milyon fərdi kompyuter tədarük edilib. Bu göstərici isə 2010-cu il ilə müqayisədə 1.6% çoxdur.

“İDC” analitik şirkəti qeyd edir ki, satışların azalmasına Taylandda baş vermiş daşqın kimi neqativ hallar təsir edib. Qeyd edək ki, Taylandda baş vermiş daşqın sərt disk istehsalını iflic edib.

Bunun nəticəsində iri fərdi kompyuter və noutbuk istehsalçıları bazara lazımi sayda texnika tədarük edə bilməyiblər. Bundan əlavə, istifadəçilər getdikcə fərdi kompyuterlərə deyil, planşet, smartfon və s. kimi həllərə üstünlük verirlər.

“İDC” şirkətinin proqnozuna əsasən, satışların azalması 2012-ci ilin birinci rübündə də davam edəcək, çünki sərt disk çatışmazlığı var.

Ümumilikdə “İDC” şirkəti proqnozlaşdırır ki, cari il bazara 371 milyon yeni fərdi kompyuter tədarük ediləcək. Bu göstərici isə 2011-ci il ilə müqayisədə 5.4% çoxdur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL