waplog

“İntel” korporasiyası məktəblilərin qayğısına qalır


“İntel” korporasiyası “Classmate PC” portativ kompyuterlərinin təkmilləşdirilmiş konstruksiyasını təqdim edib.
Hal-hazırda Las-Veqasda (Nevada, ABŞ) keçirilən “CES 2012” sərgisində təqdim olunmuş yeni nəsil məktəb netbukları titrəyiş və zərbələrə qarşı çox davamlıdırlar. Avtonom iş müddəti artırılıb: hal-hazırda o, 10 saata çatır.

Artıq Çinin “Lenovo” şirkəti yeni nəsil “Classmate PC” portativ kompyuterini təqdim edib. Kompyuterlərdə “Cedar Trail” aparat platformasının “Atom N2600” prosessoru tətbiq edilib.

Bu 1,6 QHz takt tezliyinə malik çip iki nüvəyə, “DDR3” yaddaş kontrollerinə, həmçinin “DirectX 10.1” proqram interfeysini dəstəkləyən qrafik kontrollerə malikdir.

Netbuklar 2 Qb əməli yaddaş, 320 QB tutuma malik sərt disk və 32 QB tutumlu SSD daşıyıcı, həmçinin veb-kamera ilə təchiz ediliblər. 3 ədəd “USB”-port, “D-Sub” və “HDMİ” interfeysləri var.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL