waplog

Azərbaycanın patent sistemində yeni texnologiyaların, innovasiyaların tətbiqi artır


Azərbaycanın beynəlxalq tələblər səviyyəsində inkişaf edən patent sistemində yeni texnologiyaların, innovasiyaların tətbiqi, eləcə də yerli ixtiraçıların sayı artır.

Həmçinin sənaye mülkiyyəti obyektlərinin hüquqi qorunması ilə bağlı müraciətlərin də sayı ötən illərlə müqayisədə çoxalıb.

Bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Gürcüstanın İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin ("Sakpatenti") sədri İrakliy Qvaladze və sədrin müavini Yekatirina Yequtiya ilə bu gün keçirdiyi görüşdə bildirib.

ICT News Elektron xəbər xidmətinə bu barədə məlumat verən SMPDK-nın mətbuat xidmətindən bildirilib ki, R.Həsənov bu sahənin daha da inkişaf etdirilməsi üçün Koreya təcrübəsindən istifadə olunacağını vurğulayıb.

Belə ki, Cənubi Koreyanın ayırdığı qrant  əsasında komitədə "Əqli mülkiyyət hüquqlarının idarə olunmasının avtomatlaşdırılması" layihəsi uğurla icra olunmaqdadır. Komitə sədri milli ənənəvi brendlərin, əmtəə nişanları və coğrafi adların qarşılıqlı tanınması və mühafizəsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsinin də zəruri olduğunu deyərık, bununla bağlı ikitərəfli razılaşma sənədinin hazırlanmasını məqsədə müvafiq hesab edib.

"Sakpatenti"nin sədri İrakliy Qvaladze isə patent sisteminin Azərbaycandakı inkişafından məmnun olduğunu bildirib və bu sahədə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. O, "Sakpatenti"nin coğrafi adlardan istifadə məsələlərinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq Sazişi" 20 may 2009-cu ildə imzalanaraq qüvvəyə minib.

Bununla yanaşı, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın 6-cı iclasının protokoluna uyğun olaraq, adıçəkilən Sazişin icrasının həvalə edildiyi orqanların əməkdaşlığının şərtləri haqqında Protokol layihəsi hazırlanıb.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL