Ən etibarlı brend hansıdır?
“Nokia” şirkətinin dünyada öz mövqeyini itirməsinə baxmayaraq, bəzi ölkələrdə fin brendi əvvəlki kimi ən hörmətli brendlərdən biri olaraq qalır. “Trust Research Advisory” (TRA) tərəfindən keçirilmiş tədqiqata əsasən, “Nokia” Hindistanda 17 min brend arasında ən etibarlı brend seçilib.
“WMPoweruser” məlumatına əsasən, 15 hind şəhərində minlərlə respondent arasında sorğu keçirilib. Bu halda səmimiyyət, məsuliyyət, etibarlılıq və s. daxil olmaqla 60-dan çox müxtəlif amil nəzərə alınıb.
Qeyd edək ki, Hindistanda “Nokia”ya verilən yüksək qiymətə baxmayaraq, beynəlxalq miqyasda fin brendinin dəyəri aşağı düşür. Keçən ilin oktyabr ayının məlumatlarına əsasən, “Nokia” bu göstəricisi üzrə 14-cü yeri tuturdu, halbuki 1 il əvvəl 8-ci idi. 1 il ərzində korporasiyanın brendinin dəyəri 15% azalıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL