waplog

Qız “Facebook”da mesaj yazdıqdan sonra xilas edilib


Qəzaya uğramış “Costa Concordia” laynerinin sərnişinlərindən biri “Facebook” səhifəsində mesaj yazdıqdan  sonra xilas edilib. "Mənim adım Rouzdur, bu gün cümə günü, yanvar ayının 13-dür və mən İtaliya sahillərində qəzaya uğramış laynerdə sağ qalmışam" – o, “Facebook”da yazıb və sözlərini təsdiq edən foto yerləşdirib.

Bundan sonra tezliklə ora xilasedicilər komandası göndərilib. Onlar 22 yaşlı  qızı “Costa Concordia” laynerindən xilas edə biliblər.

“Costa Concordia” layneri İtaliyanın qərb sahillərində rifə toxunaraq 2012-ci il yanvarın 13-dən 14-nə keçən gecə batıb. Son məlumatlara görə, qəza nəticəsində itkin düşən insanların sayı 29 nəfər təşkil edir, 7 nəfər isə ölüb. Hal-hazırda istintaq aparılır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL