waplog

“Ailə NET” İnternet provayderi Gəncədə şəbəkəsini quraşdırır


“Ailə NET” İnternet provayderi artıq Gəncə şəhərində də şəbəkəsini quraşdırır. Yaxın zamanlarda Gəncə şəhərinin sakinləri də “Ailə NET”-in yüksək keyfiyyətli internet xidmətlərindən istifadə edə biləcəklər.

İCT News” elektron xəbər xidmətinə bu barədə məlumat verən "Ailə TV"-dən qeyd edilib ki, Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar “Ailə NET” İnternet provayderi informasiya texnologiyaları üzrə mütəxəssislərin və satış menecerlərinin işə qəbulunu elan edir. Professional karyera qurmaq və biliklərini inkişaf etdirmək istəyənlər 055 222 29 68 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, "Ailə TV" rəqəmsal baza paketində bazarda mövcud qiymətə, yəni 9 AZN-ə 87 kanal izləmək mümkündür. Qurumun daha bir yeniliyi isə xidmət haqlarının ödənməsi ilə bağlıdır. Belə ki, bundan sonra “Ailə TV”-nin xidmət haqlarını elektron köşklər vasitəsi ilə də həyata keçirmək mümkün olacaq.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL