waplog

“MSİ Wind Top AE2071”


“MSİ” şirkəti öz stolüstü kompyuterlər xəttinə monoblok korpusda hazırlanmış “Wind Top AE2071” modelini əlavə edib.

Monoblok 1600×900 nöqtə təsvir ölçülü 20 düymlü sensor ekranla təchiz edilib. Modelin əsasını ikinci nəsil “Core” prosessoru ilə ”İntel Sandy Bridge”  platforması təşkil edir.

“Wind Top AE2071” modeli 2 Qb əməli yaddaş (8 QBayta qədər genişlənir), 500 QB tutuma malik sərt disk (7200 dövr/dəq) və DVD qurğu ilə təchiz edilib. Həmçinin kardrider, 0,3 meqapikselli veb-kamera, “Gigabit Ethernet” şəbəkə adapteri, TV tyuner və “Wi-Fi” simsiz əlaqə kontrolleri də var.

Bundan əlavə, model stereofonik dinamik, “HDMI” interfeysi, 2 ədəd “USB 3.0” portu və 4 ədəd “USB 2.0” portu ilə təchiz edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL