waplog

“Facebook” dostlarınızı depressiyaya salır


«Facebook» sosial şəbəkəsi ilə bağlı maraqlı araşdırma aparılıb. Belə ki, ABŞ-ın Utah Valley Universitetində bu saytdan istifadə edənlərin xoşbəxtlik dərəcəsi  öyrənilib.

425 tələbə arasında keçirilən sorğuda respondentlərə "Facebook"da neçə dostunun olduğu və gündə neçə saat virtual aləmdə vaxt keçirdikləri soruşulub.

Məlum olub ki, "Facebook"da nə qədər çox vaxt keçirirsənsə, bir o qədər də kədərli olursan. Sosioloqlar iddia edir ki, sosial şəbəkələrdə çox vaxt keçirən şəxslər digər dostlarının xoşbəxt olduğunu düşünüb kədərə qərq olurlar. Virtuallıq aludəçiləri zamanla həyatın onlara haqsızlıq etdiyini fikirləşir.

Araşdırma nəticəsində o da məlum olub ki, insanların sosial şəbəkələrdə tez-tez xoşbəxtliyi ifadə edən şəkillər paylaşması digər insanları daha çox  kədərləndirir  və depressiyaya salır.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL