waplog

Abşeronda yeni stansiyalar tikiləcək


“Aztelekom”İB Abşeronda sakinlərin daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə yeni avadanlıqların tətbiqini genişləndirir. Abşeron TKQ bununla əlaqədar hazırlanan tədbirlər planının icrasını həyata keçirməyə başlayıb.

Abşeron TKQ-nın rəisi Əyyub İsmayılov bildirdi ki, bu məqsədlə sakinlərin mənzillərinə yüksək keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edən “ONU” (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiyanın tətbiqi genişləndirilir.

Rəis bildirdi ki, həyata keçirilən tədbirlər nəticəsində Xocasən qəsəbəsində 768 nömrə tutumlu, Quşçuluq yaşayış massivinin S.Bəhlulzadə və H.Zərdabi küçələrinin hər birində 768 nömrə tutumlu, Mexkalaon yaşayış massivində 512 nömrə tutumlu “ONU” avadanlıqlar, o cümlədən Yeni Saray və Ceyranbatan yaşayış massivlərində yeni EATS tikilərək istismara veriləcək.

“ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, İP TV, videotelefon və digər multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.

Qeyd edək ki, dünya təcrübəsində texnoloji baxımdan özünü yaxşı təqdim edən avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və yüksək keyfiyyətli çatdırılmasını təmin edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL