waplog

Planşetlərin rüblük satışları 2.5 dəfə artıb


“Strategy Analytics” şirkəti 2011-ci ilin dördüncü rübü üzrə planşet kompyuterlər bazarının həcmini qiymətləndirib.

Məlum olub ki, 3 ay ərzində 26,8 milyon planşet tədarük edilib. Bu göstərici 2010-cu ilin  analoji dövrü ilə müqayisədə 2.5 dəfə çoxdur. “Apple” şirkəti keçən rüb 15,4 milyon "iPad" planşeti satıb; Müqayisə üçün qeyd edək ki, şirkət 1 il əvvəl 7,3 milyon “iPad” tədarük edib.

“Android” əməliyyat sistemi ilə işləyən planşet satışları 2010-cu il ilə müqayisədə 2011-ci ildə 10,5 milyon çoxalıb. Belə qurğuların payı rüblük satışlarda 29 faizdən 39,1 faizə qədər artıb.

“Strategy Analytics”-in məlumatına görə, 2011-ci ilin nəticəsinə əsasən, bazarın həcmi 66,9 milyona çatıb. Bu göstərici 2010-cu il ilə müqayisədə 260% çoxdur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL