waplog

Dünyada ilk dəfə olaraq ABŞ-da “Super Wi-Fi” şəbəkəsi işə düşüb


Amerikanın Uilminqton şəhərində (Şimali Karolina) dünyada ilk “Super Wi-Fi” (IEEE 802.22 standartı) ticarət şəbəkəsi işləməyə başlayıb. Bu barədə “Digital Trends” məlumat yayıb. Şəbəkə hələ ki yalnız şəhər parkında işləyir və istənilən şəxs ona qoşula bilər.

Bundan əlavə, “Super Wi-Fi” ticarət şəbəkəsinə 4  videokamera qoşulub. Mühafizəçilər onların vasitəsi ilə parka nəzarət edirlər.


Yeni standartda məlumat mübadiləsi televiziya yayımının boş tezliklərində mümkün olacaq. Adi “Wi-Fi” ilə müqayisədə aşağı tezlik diapazonuna görə “Super Wi-Fi” şəbəkəsinin radiosiqnalları ağac, bina və digər maneələri asanlıqla keçir.

Nəzəri cəhətdən yeni nəsil şəbəkəsinin hərəkət radiusu ən yaxın ötürücü aparatdan 100 kilometr məsafəni əhatə edə bilər. Verilənlərin ötürülməsi sürəti isə 22 MB/s təşkil edəcək.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL