waplog

Məşhur şirkət uşaq oyunlarının istehsalını dayandırır


THQ kampaniyası uşaq oyunlarının hazırlanmasını dayandırdığını bildirir. Şirkət bununla bağlı yaydığı məlumatında gələcək planlarına da  toxunub. Kampaniya daha yaşlı oyunçular üçün xüsusi ixtisaslaşmış oyunların istehsalı üzərində iş aparıldığını qeyd edir.

Buna baxmayaraq, kampaniyanın istehsalı olan uşaq oyunları hələ də satışda qalmaqdadır. Şirkətin rəsmisi Brayn Farrelin fikrincə, böyüklər üçün  videooyunlar sənayesi daha perspektivli istiqamətdir. O, bu qənaətini “Saints Row: The Third” oyununun uğuru ilə əsaslandırıb. Belə ki, hazırda onun satışı 4 milyon nüsxəni ötüb və bu artım davam etməkdədir.

Strategiyasındakı dəyişikliklərə görə THQ 2014-cü ilə qədər planlaşdırılmış bütün uşaq oyunlarını təxirə salıb və “Disney” studiyasına “franchise” hüququnu qaytarıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL