waplog

Smartfon bazarına hansı şirkət liderlik edir?


"Strategy Analytics" şirkətinin məlumatına əsasən, 2011-ci ildə dünyada 488,5 milyon smartfon tədarük edilib. 2010-cu  (299.5 milyon) ilə müqayisədə artım  63,1 faiz təşkil edib.

97,4 milyon "ağıllı telefon" satmış "Samsung" şirkəti ilin nəticəsinə görə ən iri tədarükçü olub. Cənubi Koreya istehsalçısının payı 1 il ərzində 8,0 faizdən 19,9 faizə qədər artıb.

"Apple" şirkəti reytinqdə ikinci yerdədir: şirkət 1 il ərzində təxminən 93 milyon "iPhone" smartfonu tədarük edib və onun bazarda payı 19 faizdir. Qeyd edək ki, 2010-cu ildə "Apple" şirkətinin  payı 15,9 faiz olub.

"Nokia" şirkəti isə üçüncü yerə sıxışdırılıb: istehsalçı 2011-ci il ərzində təxminən 77,3 milyon smartfon tədarük edib. Bu, bazarın 15,8%-i deməkdir. Məlumat üçün qeyd edək ki, Finlandiya istehsalçısı 2010-cu ildə 33,4% pay ilə smartfon seqmentində liderlik edirdi.
Keçən il ərzində digər istehsalçılar isə ümumilikdə təxminən 220,8 milyon smartfon satıblar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL