waplog

Honq Konqda “iPhone” smartfonunu yalnız lotereya vasitəsilə almaq olar


"Apple" şirkəti Honq  Konqda smartfonlara olan tələbat və uzun növbələri qeyri-adi tərzdə həll edib. Amerika korporasiyası mobil qurğularının satışı üçün lotereya sistemindən istifadə edib.

Belə ki, Honq Konq sakinləri "iPhone 4S", "iPhone 4" və ya "iPhone 3GS" smartfonlarını satın almaq imkanı əldə etmək üçün saat 9-dan 12-yə kimi "Apple" şirkətinin yerli nümayəndəliyinin saytına daxil olmalı, model seçməli, adını, soyadını, telefonunu, identifikasiya nömrəsini və elektron poçt ünvanını qeyd etməlidir.

Sonra isə əgər oynama gedişatında sorğu lotereyada qalib gəlsə, istifadəçi cavab məktubunda göstərilmiş vaxtda "iPhone" smartfonunu ala biləcək.

 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL