waplog

İran kosmosa peyk buraxıb


İran bu səhər kosmosa peyk buraxıb. Bu barədə ingilisdilli "Press-TV" telekanalı bildirib. Telekanalın məlumatına əsasən, İran istehsalı olan "Navid-e elm o sanat" - "Elm və sənaye müjdəçisi" peyki orbitə 250-370 km hündürlüyündə uğurla çıxarılıb.

Bu, artıq üçüncü İran peykidir. İlk iki - "Omid", " Ümid"  və "Rasad"  "Müşahidə"  peykləri orbitə müvafiq olaraq 2009-cu ilin fevralında və 2011-ci ilin iyununda buraxılıb.

İran Kosmik Agentliyinin rəhbəri Həmid Fazelin sözlərinə görə, şöbəsinin planlarına kosmosa meymunla biokapsul göndərmək daxildir. Bu buraxılış keçən ilin oktyabr ayına planlaşdırılmışdı, lakin təxirə salındı. Bundan əlavə, artıq iki İran kosmik aparatı yaradılmış və buraxılışa hazır vəziyyətdədir.


İki il əvvəl prezident Mahmud Əhmədinejad İranın Kosmik Agentliyi qarşısında cari onilliyin sonuna kimi insanı kosmosa göndərmək məsələsini qoyub.


http://www.itar-tass.com/c1/333334.html
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL