waplog

Regionlarda “Xalq kompyuteri” alanların sayı artıb


"BestComp Group"  şirkətindən verilən məlumata görə, "Xalq kompyuteri" layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 17000 ədədə yaxınlaşıb. Satılan kompyuterlərin ümumi sayından 3000 ədədi paytaxtın,  14000 ədədi isə ölkənin regionlarının payına düşür. Layihə çərçivəsində satılan kompyuterlərin 80 faizini noutbuklar təşkil edib.

"Xalq kompyuteri" layihəsi iki dünya lideri olan "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "HP" şirkətinin yerli partnyoru olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Layihədə, həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.

Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilən layihə çərçivəsində kompyuterlər sənədlərlə və internetdə effektiv və təhlükəsiz işin aparılması üçün nəzərdə tutulan geniş çeşiddə lisenziyalı proqram təminatı ilə təchiz edilir.

Qeyd edək ki, layihə çərçivəsində təklif edilən kompyuterlər bazar qiymətindən 25-40 faiz aşağı qiymətə 12 aya qədər faizsiz kredit şərtilə satılır.

Hazırda orta məktəb müəllimləri və şagirdləri, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçuları, həmçinin səhiyyə işçilərinin ailələri güzəştli şərtlərlə kompyuter əldə edə bilərlər.
 
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL