waplog

“Aztelekom” genişzolaqlı internet portlarının sayını artırıb


"Aztelekom" İB tərəfindən "Aztelekom.net" şəbəkəsi vasitəsilə əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirilib.

Aztelekom İB-nin internet xidməti şöbəsinin rəisi Kamal Bədirovun "İCTnews" elektron xəbər xidmətinə  verdiyi məlumata görə, tədbirlər planına uyğun olaraq  Şəki, Zaqatala, Balakən, Qax, Goranboy, Şəmkir, Göygöl, Tovuz, Quba və Qusar rayonlarının mərkəzi ATS-lərində "Huawei" şirkətinin istehsalı olan yüksək keyfiyyətli 800 port tutuma malik ADSL avadanlıqları quraşdırılıb.

Mərkəzi ATS-lərdəki kiçik tutumlu avadanlıqlar isə kənd ATS-lərində yerləşdirilib. Yaxın zamanda Daşkəsən, Yardımlı və Astara rayonlarının kənd ATS-lərində də internet port artımı nəzərdə tutulur. 

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL