waplog

Astaranın kəndlərində qovşaq tipli stansiyalar yaradılıb


Astarada kənd elektron ATS-ləri fiber optik kabellər vasitəsilə birbaşa TAE xəttinə birləşdirilir. Astara TKQ-dən verilən məlumata görə, şəhərin mərkəzi EATS-i, Ərçivan, Maşxan, Pensər, Şiyəkəran, Telman və Şahağacı kənd EATS-ləri şəbəkəyə qoşulub.

 Bundan başqa Astarada kənd rabitə şəbəkəsinin daha mükəmməl şəkildə qurulması vətəndaşlara keyfiyyətli rabitə xidməti göstərmək məqsədilə rayonun Ərkivan və Pensər kəndlərində qovşaq tipli stansiyalar yaradılaraq Təngərüd, Kakalos, Səncərədi, Şüvi kənd və Kijəbə qəsəbə stansiyalarının giriş-çıxış rabitəsi qovşaq stansiyalarının üzərindən beynəlxalq TAE xəttinə qoşulub.

Qeyd edək ki, bunun nəticəsində rayon sakinləri yüksək keyfiyyətli telefon xidməti ilə yanaşı, keyfiyyətli internetə çıxış imkanlığı əldə ediblər.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL