waplog

BTRİB yeni elektron ATS-lər istifadəyə verib


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən rabitə və informasiya texnologiyaları xidmətlərinin keyfiyyətini yüksəltmək və genişləndirmək məqsədilə Xəzər Telefon Qovşağının xidməti ərazisində NGN texnologiyası əsasında elektron ATS-lər istifadəyə verilib.

Xəzər TQ-nin rəisi Cavid Həsənovun "İCTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, ötən il ərzində Dübəndi bağ massivində NGN texnologiyası əsasında 896 nömrəlik və Bilgəh bağ ərazisində 416 nömrəlik yeni EATS-lər qurulub.

Bundan əlavə, 453 saylı EATS üçün Bilgəhdə yeni bina tikilərək NGN texnologiyaları əsasında dəyişdirilməklə 800 nömrə,  Binədə yerləşən ONU (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli 556 saylı EATS  də  eyni texnologiya əsasında qurulmaqla 736 nömrə artırılıb. Həmçinin, Binədə yerləşən EATS-556-də 256 nömrə, Hövsan ərazisindəki 556 EATS-ində 328 nömrə və  Şağanda olan 559 saylı EATS-də isə 449 nömrə istifadəyə verilib.

Hazırda Xəzər TQ-nin montaj tutumu 60902 nömrə, abunəçi tutumu isə 52445 nömrə təşkil edir.


CAHANGIR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL