waplog

Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib


Azərbaycan Respublikası nın Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri" (Əlavə I), "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin spesifikasiyası" (Əlavə II) və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi" (Əlavə III) təsdiq edilsin.
Bu fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Prezidentin fərmanı ilə təsdiq olunmuş təsvirdə qeyd olunur ki, vəsiqə 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinə uyğundur.
Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 35 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulub.

Fotoşəkil ICAO-nun 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən "Dəyişən Lazer Təsvir" yerləşdirilir.

Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, bayrağın təsvirindən sonra "AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ" sözləri, həmin sözlərin altında "IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN" sözləri yazılır.

Orta hissəsində "SOYADI/SURNAME", "ADI/GIVEN NAME", "ATASININ ADI/PATRONYMIC", "CİNSİ/SEX", "DOĞULDUĞU TARİX/DATE OF BIRTH", "QAN QRUPU/BLOOD GROUP", "VƏSİQƏNİN NÖMRƏSİ/CARD NO" (iki latın hərfindən və yeddi rəqəmdən ibarətdir), "FƏRDİ İDENTİFİKASİYA NÖMRƏSİ/PERSONAL NO", "ETİBARLILIQ MÜDDƏTİ/DATE OF EXPIRY", "VƏSİQƏ SAHİBİNİN İMZASI/HOLDER'S SIGNATURE" sözləri yazılır.

Vəsiqənin üz tərəfində vətəndaşın soyadı, adı və atasının adı yalnız Azərbaycan Respublikasının dövlət dilində yazılır, vətəndaşın cinsi isə "kişi" və "male" və ya "qadın" və "female" sözlərinin baş hərfləri göstərilməklə "K/M" və ya "Q/F" kimi qeyd olunur.

Vəsiqənin arxa tərəfinin yuxarı hissəsində "Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün vəsiqəni verən orqana bir ay müddətində müraciət etməlidir." sözləri qeyd olunur.

Vəsiqənin arxa tərəfinin orta hissəsinin solunda elektron daşıyıcı (çip), aşağı hissəsində ICAO-nun tələblərinə uyğun olaraq maşınla oxuna bilən üçzolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ICAO-nun tələblərinə uyğun olaraq ingilis dilində olmalıdır.

Vəsiqədə Azərbaycan Respublikasının dövlət rəmzləri, xəritəsi və tarixi abidələri təsvir olunur.
Azərbaycan Respublikası vətəndaşının elektron daşıyıcısı (çip) olan şəxsiyyət vəsiqəsi beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.
Spesifikasiyada qeyd olunur ki, vəsiqənin elektron daşıyıcısı məlumatların yazılmasını, dəyişdirilməsini və oxunmasını təmin edir.

Vəsiqədə ölkənin kodu - "AZE" hərfləri yazılmış kineqramdan, "göy qurşağı" üsulu ilə hazırlanmış qilyoşdan, ultrabənövşəyi çap və lazer həkketmə texnologiyasından, mikromətndən və digər qoruyucu elementlərdən istifadə olunur.
Vəsiqə üzərində Azərbaycan Respublikasının dövlət rəmzləri ultrabənövşəyi işıq altında görünən formada da verilir.

Vəsiqənin qalınlığı 0,76 mm-dir, küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilib.
Vəsiqədə yerləşdirilmiş dual interfeysli elektron daşıyıcının yaddaşı azı 80 kilobayt olmalıdır.

Elektron daşıyıcı ən azı Basic Access Control, Passiv Authentication, Extended Access Control kimi mexanizmləri dəstəkləməli və CC EAL 5+ səviyyəsində uyğunluq sertifikatına malik olmalıdır.
Elektron daşıyıcıdakı məlumatların təhlükəsizliyini təmin etmək üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmlərdən istifadə olunur.
 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL