waplog

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi elektron xidmətlərin təkmilləşdirilməsini davam etdirir


Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) elektron xidmətlərin təkmilləşdirilməsini davam etdirir. Hazırda müraciətlərin qəbulu, baxılması və cavablandırılmasında operativliyi və şəffaflığı təmin etmək üçün komitədə və qurumlarında mərkəzləşdirilmiş informasiya sistemi (ASDİS), həmçinin elektron poçt ünvanları fəaliyyət göstərir.

Eyni zamanda, komitənin və qurumların rəsmi internet səhifələri vasitəsi ilə birbaşa müraciətlər və elektron məktubların qəbul edilməsi imkanları da mövcuddur. Vətəndaşlardan bu qaydada daxil olan müraciətlər dərhal qeydiyyata alınaraq cavablandırılmaq üçün aidiyyəti üzrə struktur bölmələrə və qurumlara göndərilir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində nəzarət tədbirləri də aparılıb: ”Komitənin rəhbər vəzifəli şəxsləri tərəfindən əvvəlcədən komitənin rəsmi internet səhifəsi və mətbu orqanı olan “Mülkiyyət” qəzetində yerləşdirilərək elan edilən cədvəl üzrə vətəndaşların qəbulu keçirilir.

Bu mənadə vətəndaşların müraciətləri komitənin rəhbər vəzifəli şəxsləri tərəfindən dinlənilir və operativ həll edilir”. Bundan başqa, məlumat əldə edilməsi qaydaları və üsullarının təkmilləşdirilməsi də ötən müddətdə həyata keçirilib.

Belə ki, komitə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, eləcə də Hərracların Təşkili üzrə Auksion Mərkəzinin rəsmi internet səhifələri fəaliyyətdədir.

Onların vasitəsi ilə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, komitənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət sahələri ilə bağlı müvafiq məlumatların ictimaiyyətə açıqlanması, bu sahədə ictimai məlumatlandırma və maarifləndirmə işi həyata keçirilir.

Bundan başqa, komitənin internet saytında “elektron xidmətlər” bölməsi də yaradılıb ki, onun köməyi ilə vətəndaşlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirak, dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlakın qeydiyyatı zamanı verilən ərizə formaları və digər sahələrdə elektron xidmətlər təklif edilir.

Dövlət əmlakının idarə edilməsi, icarəyə verilməsi, özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlərin operativ cavablandırılması üçün komitədə 193 nömrəli telefon məlumat xidməti də fəaliyyət göstərir.

Bununla yanaşı, ictimaiyyətin bu sahədə məlumatlandırılması, həmçinin daxil olan sorğuların cavablandırılmasında operativliyin daha da artırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin148 və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 566-07-44 nömrəli telefon məlumat xidmətləri də fəaliyyət göstərir.

Birbaşa telefon məlumat xidmətlərinə daxil olan sorğuların xüsusi kitablarda yazılı və elektron qeydiyyatı aparılır. Daxil olan müraciətlər operativ olaraq məsul şəxslər tərəfindən cavablandırılır. Əlavə araşdırma tələb edən müraciətlərin yerlərdə araşdırılması təmin edilir və vətəndaşlara tam dolğun cavablar verilir: ”Beynəlxalq ekspertlərin iştirakı ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı üzrə elektron xidmətlərin göstərilməsi və digər mövzuların müzakirəsi də keçirilib”.


 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL