waplog

“AzDataKom” şəbəkəsi respublikanı tam əhatə edir


Hazırda "AzDataKom" şəbəkəsi artıq bütün respublikanı əhatə edir. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin rəisi Muxtar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, şəbəkə Şimal-Qərb seqmenti istisna olmaqla bütün regionlarda qurulmuşdu. Hazırda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz  rayonlarının bu şəbəkəyə qoşulması ilə "AzDataKom" bütün respublikada fəaliyyət göstərməyə başlayıb.


Qeyd edək ki, "AzDataKom" istənilən  dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər hansı ticarət şəbəkəsinin və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin onlayn rejimdə bir mərkəzdən idarə olunması üçün yüksəksürətli multiservis şəbəkəsinə malikdir.

Bundan əlavə, "AzDataKom" fiziki şəxslərə genişzolaqlı internet xidməti göstərir. "AzDataKom" şəbəkəsinin qurulması Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri "Milli E-İdarəçilik Təşəbbüsü" layihəsi çərçivəsində həyata keçirilir.




CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL