waplog

İki məşhur Azərbaycan filminin elektron versiyası hazırlanıb


Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birlikdə iki filmin bərpa olunmuş elektron versiyasını hazırlayıb

Fondun mətbuat xidmətindən verilən məlumata görə,  filmlərdən biri məşhur “Bəyin oğurlanması” kinokomediyasıdır. 1985-ci ildə istehsal olunmuş filmin rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, ssenari müəllifi Mövlud Süleymanlı, bəstəkarı Emin Sabitoğludur. Filmdə Azərbaycanın tanınmış aktyorları çəkiliblər.

Bərpa olunaraq elektron versiyası hazırlanan ikinci film “Gümüş gölün əfsanəsi”dir. Bu film də 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuşdur. Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifi İsi Məlikzadə, quruluşçu operatoru Rafiq Qənbərov, bəstəkarı Müslüm Maqomayevdir. Baş rollarda Şükufə Yusupova, Eldəniz Rəsulov, Ramiz Əzizbəyli və başqaları çəkiliblər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL