waplog

Neftçala rabitəsi TAE xəttinə qoşuldu


Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel xəttinin Azərbaycan seqmenti bir qədər də genişləndi. “Aztelekom”İB-dən verilən məlumata görə, Neftçala rabitəsinin də bu xəttə birləşdirilməsi layihəsi son tamamlanma mərhələsindədir.

Məlumatda bildirilir ki, 60 kilometrlik bir məsafədə həyata keçirilən işlər uğurla həyata keçirilib və işlər tam yekunlaşdıqdan sonra Neftçala - Salyan arasında olan bütün kəndlər də birbaşa bu xəttə birləşəcək. Rayon rabitəsinin bu xəttə birləşdirilməsi vətəndaşlara keyfiyyətli və müasir rabitə ilə yanaşı, bütün multimedia xidmətlərindən standartlar səviyyəsində istifadə etməsinə şərait yaranacaq.

Qeyd edək ki, TAE fiber-optik kabel magistralının istismara verilməsindən sonra ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə və Ukrayna istiqamətlərində birbaşa müasir yüksək keyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil edilmişdir.

Rayonlar TAE xəttinə qoşulduqdan sonra sakinlərin internetə çıxış imkanları artmış, şəhərlərarası rabitə üzrə giriş və çıxışın keyfiyyət göstəriciləri yüksəlmiş, alternativ rabitə üçün geniş imkanlar yaranmışdır.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL