waplog

İqtisad Universitetində “Oracle” akademik təşəbbüsü fəaliyyət göstərir


Azərbaycan Dövlət İqtisad Universitetində “Oracle” akademik proqramı fəaliyyət göstərir. Bu barədə universitetdən “İCTNews”-a məlumat verilib. Məlumatda bildirilir ki, “Oracle Academy” akademik təşəbbüsü tələbələrin informasiya texnologiyaları sahəsindəki fənləri yaxşı mənimsəmələri məqsədilə yaradılıb.

“Oracle Academy” proqramının müxtəlif kateqoriyalardan olan dinləyicilər üçün nəzərdə tutulmuş (İCSB, ACSB və EBAP) alt proqramın məzmununa dair üç müstəqil və müxtəlif strukturu var.

“İCSB” proqramı texnikum və kolleclərə yönəldilib və özündə SQL və PL/SQL proqramlaşdırılmanı və məlumat bazasının arxitekturası üzrə ixtisaslaşdırılmış kursu birləşdirir.

ACSB verilənlər bazasının idarəetmə sisteminə dair layihələşdirmə, inzibatçılıq və proqramlaşdırma üzrə peşəkar kursdur. ACSB-nin məqsədli auditoriyaları İKT ali təhsil müəssisələri, İKT fakültələri və ali təhsil müəssisələrinin ixtisaslarıdır.

EBAP proqramı ilə biznes yönümlü təhsil müəssisələri və fakültələri (iqtisadiyyat, idarəetmə və s.) üçün  biznes tətbiqetmə (maliyyə, layihə idarəetmə, idarə heyəti) üzrə peşəkar kursların keçirilməsini nəzərdə tutur. “Oracle” akademik təşəbbüsü mərhələlərlə Azərbaycanın digər təhsil müəssisələrinə də yayılacaq.

Proqram çərçivəsində tələbələrə pulsuz elektron materiallar veriləcək və ödənişsiz tədris aparılacaq.  Təhsil layihələrində iştirak tələbələrə, müəllimlərə, peşəkarlara “Oracle”-ın məhsullarını öyrənməyə və idarəetmə məsələlərinin həllində onlardan istifadə etməyə imkan verəcək.

RƏVAN



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL