waplog

“SMS”-dən əldə olunan mənfəət sosial şəbəkələrin populyarlığının artmasına görə azalır


"İCTnews" elektron xəbər xidməti "osp.ru" resursuna istinadən xəbər verir ki, "Ovum" analitikləri mətn mesajlarının ("SMS") ötürülməsindən əldə olunan mənfəətin azalmasını qeyd edirlər və bu vəziyyəti alternativ əlaqə metodları, həmçinin sosial şəbəkələrin populyarlığının artması ilə əlaqələndirirlər.

2011-ci il ərzində mobil rabitə operatorlarının mənfəəti bütövlükdə 13,9 milyard dollar azalıb. 2010-cu ildə mənfəət 8,7 milyard dollar azalıb.

Hazırda mesajlar (SMS və MMS) operatorların səs əlaqəsindən sonra ikinci ən əhəmiyyətli gəlir mənbəyini təşkil edir,- "Ovum" analitikləri qeyd ediblər. Lakin abunəçilər tez-tez məlumatların "IP" protokolu (Blackberry Messenger, WhatsApp və s.) üzrə ötürülməsi metodlarından istifadə etməyə üstünlük verirlər. Buna səbəb mətnin "IP" protokolu üzrə ötürülməsinin  "SMS"-dən daha ucuz başa gəlməsidir.

Bəzi şirkətlər mesajların ötürülməsi üçün "Rich Communication Suite" spesifikasiyasına əsaslanan öz şəxsi xidmətlərini təklif edirlər, lakin mənfəətin saxlanılması üçün bu texnologiyaların tətbiqini sürətləndirmək lazımdır,- analitiklər belə hesab edirlər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL