Tarix: 21/11/13 “İnnovasiya drayvı və birgə inkişaf”

15-18 iyun 2014-cü il tarixlərində “Harbin” beynəlxalq sərgi mərkəzində “İnnovasiya drayvı və birgə inkişaf” mövzusunda V “Harbin” beynəlxalq elmi-texniki nailiyyətlər sərgisi keçiriləcək. Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən verilən məlumata görə, əsas tematik istiqamətlərə avadanlıq istehsalı (maşınqayırma və cihazqayırma), informasiya texnologiyaları, yeni materiallar, tibb, energetika, kənd təsərrüfatı və ekologiya daxildir.
Tarix: 21/11/13 “Azərbaycanda elektron idarəetmədə geoməkan məlumatların istifadəsi” istiqaməti üzrə ixtisasartırma kursu keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda elektron idarəetmədə geoməkan məlumatların istifadəsi” istiqaməti üzrə ixtisasartırma kursu keçirilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunub.
Tarix: 21/11/13 “Sony” daha qənaətcil olacaq

Yaponiyanın elektronika istehsalçısı “Sony” şirkəti istehsal xərclərini 100 milyon dollar azaltmağı planlaşdırır.
Tarix: 21/11/13 “Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

“Nokia” şirkətinin Çindəki fabrikində çalışan bir neçə yüz işçi Finlandiya istehsalçısının mobil biznesinin “Microsoft” korporasiyasına satıldıqdan sonra onlara ödənilən kompensasiyanın məbləğinə qarşı etiraz edirlər.
Tarix: 20/11/13 “Microsoft” top-menecerlərinin əməkhaqqısı 4 ildə ilk dəfə azalıb

“Microsoft” korporasiyasının baş direktor Stiv Balmer daxil olmaqla beş ən çox əməkhaqqı alan direktorunun orta əməkhaqqısı 2011-2012-ci maliyyə ilinin 7,48 milyon dollarlıq göstəricisi ilə müqayisədə 2012-2013-cü maliyyə ilində 3,7 faiz azalaraq 7,2 milyon dollar təşkil edib
Tarix: 20/11/13 “Apple” Kupertinoda yeni mənzil-qərargahının tikintisinə icazə alıb

“Apple” şirkəti Kaliforniya ştatı və Kupertino şəhər hakimiyyətindən 71,2 ha ərazini əhatə edəcək və xarici görünüşünə görə uçan boşqabı xatırladan yeni mənzil-qərargahının tikintisinə son icazəni alıb.
Tarix: 20/11/13 Nanotexnologiyalar və nanomaterialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə olunacaq yeni elmi nəticələr əldə edilib
_300.jpg)
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda enerji tutumlu kimyəvi prosesləri həyata keçirmək üçün ionlaşdırıcı şüaların enerjisinin istifadəsi istiqamətində böyük elmi və praktiki əhəmiyyət kəsb edən yeni nəticələr alınıb.
Tarix: 20/11/13 Şahin Mustafayev: “Azərbaycanda “Elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülüb”

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı Baş Qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin, Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Azərbaycan Günü” keçirilib.
Tarix: 20/11/13 Türkiyədə kənd təsərrüfatında tətbiq olunan İT texnologiyaları nümayiş olunacaq

İnformasiya-kommunikasiya texnologiyaları bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatında da uğurla tətbiq olunmaqdadır. İKT-nin geniş tətbiqi ilə kənd təsərrüfatında məhsuldarlıq artıb, əlavə xərclər azaldılıb və eləcə də artıq əmək sərfiyyatı aradan qaldırılıb.
Tarix: 20/11/13 Avropa Parlamenti ABŞ-la məlumat mübadiləsini dayandıra bilər

Avropa Parlamenti bildirib ki, Avropa İttifaqı (Aİ) vətəndaşlarının məlumatları Amerika internet şirkətləri tərəfindən Avropada saxlanacağı təqdirdə ABŞ-la məlumat mübadiləsi haqda saziş imzalanacaq.
Tarix: 20/11/13 “Nokia” səhmdarları telefon biznesinin satılmasını təsdiq ediblər

“Nokia” şirkətinin səsvermədə iştirak edən səhmdarları “Devices & Services” bölməsinin “Microsoft” korporasiyasına satılmasına dair sazişi yekdilliklə bəyəniblər.
Tarix: 20/11/13 “Meizu” şirkəti smartfonların tutumuna görə "Apple” və “Samsung”u geridə qoyub

Çinin “Meizu” smartfon istehsalçısı bazarı təəccübləndirməkdə davam edir. Belə ki, 1800x1080 piksel təsvir ölçüsünə malik unikal displeydən sonra yeni qabaqcıl “Meizu MX3” modeli 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunacaq. Bununla bu samartfon sənaye tarixində ilk ən tutumlu model olacaq.
Tarix: 19/11/13 2014-cü ildə smartfonlar üçün prosessorlar bazarında artım zəifləyəcək

“Digitimes Research” şirkəti analitiklərinin məlumatına görə, 2013-cü ildə dünya bazarında mobil qurğular üçün əlavə prosessorların tədarük həcmi 1,32 milyard ədədədək artacaq ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 43 faiz çoxdur.
Tarix: 19/11/13 “Microsoft” Azərbaycanda həyata keçirilən texnoparkların və startapların inkişafı ilə bağlı layihələrdə iştirak etmək niyyətindədir

“Microsoft” şirkəti Azərbaycanda həyata keçirilən Texnoparkların və startapların inkişafı ilə bağlı layihələrdə yaxından iştirak etmək niyyətindədir.
Tarix: 19/11/13 “İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi” üzrə seminarlar başlayır

Prezident yanında Elmin İnkişafı Fondu (EİF) “İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi” (EİF-RİTN-2/İKT-3-2013-8(14)) üzrə məsləhət seminarları keçiriləcək. Seminarların keçirilməsində məqsəd iddiaçılara müsabiqəyə təqdim olunacaq sənədlərin tərtibatı üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248