12px13px15px17px
Tarix:19/11/13

“Microsoft” Azərbaycanda həyata keçirilən texnoparkların və startapların inkişafı ilə bağlı layihələrdə iştirak etmək niyyətindədir

“Microsoft” şirkəti Azərbaycanda həyata keçirilən Texnoparkların  və startapların inkişafı ilə bağlı layihələrdə yaxından iştirak etmək niyyətindədir.
 
Şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hiranonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bir çox ölkələrin hökumətləri İKT sahəsində fəaliyyət göstərən texnoparkları iş yerlərinin artırılması üçün istifadə edir.
 
“Biz Azərbaycanda Texnoparkların və startapların inkişafı təşəbbüslərini, müxtəlif texnologiyaların inkişafı üçün yaradılan meydanı müsbət qiymətləndiririk. Lakin təşəbbüsün vacib məqamlarından biri bu parklarda necə insanların işləyəcəyidir. Kadr seçiminə ciddi yanaşmaq lazımdır. Mən hesab edirəm ki, yeni texnologiyaların və startapların yaradılacağı texnoparkın mövcudluğu, ixtisaslaşmış kadrlardan ibarət yaxşı komandanın yaradılması və “Microsoft” kimi bir şirkətin sponsor və təcrübə dəstəyindən istifadə etmək imkanı bu təşəbbüsün uğurlu olacağına zəmin yaradır. Biz çox böyük diqqətlə  prosesləri izləyirik və bu layihələrdə yaxın iştirak etməyi düşünürük, çünki mən hesab edirəm ki, bu layihələrin gələcəyi var”,- deyə o qeyd edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024