Androidin bazardakı payı azalıb
Nielsen-in analitik şirkətinin növbəti hesabatına əsasən, smartfonlar əvvəlki kimi məşhurdur və ağıllı telefonların xoşbəxt sahiblərinin sayı durmadan artır. ABŞ-da smartfon istifadəçiləri 37 faiz təşkil edir.
Smartfon bazarına həsr edilmiş Nielsen tədqiqatında bildirilib ki, Android Əməliyyat Sisteminin bazardakı payı son aylar ərzində ilk dəfə olaraq azalıb. Google Android əməliyyat sistemi cari ilin martında bir faiz itirib. Ekspertlər Android-in payının azalmasını Verizon operatorunun ticarət şəbəkəsində Apple iPhone smartfonunun satışı ilə izah edirlər.
iPhone-un bazarda payı 1 faiz artaraq 23 faiz, BlackBerry-nin mövqeyi 1 faiz zəifləyərək 23 faizlə Android və Apple OS-dan sonra üçüncü yeri tutub.
Tədqiqat müəllifləri müəyyənləşdiriblər ki, Android smartfon istifadəçiləri müqavilənin şərtinə görə təklif edilmiş məlumat həcmindən daha intensiv istifadə edirlər. Orta hesabla, Android əsasında smartfonun sahibi aya 582 MB məlumat istifadə edir. Lakin iPhone istifadəçisində istifadə olunan məlumat həcmi 492 MB-dır. BlackBerry qurğularının sahiblərinə aya 127 MB kifayətdir ki trafik istehlakını həyata keçirsinlər.
Qeyd edək ki, proqram təminatları veb-trafikin əsas mənbəyi sayılır. Android və iPhone istifadəçiləri yüklənmiş proqram təminatlarının sayı üzrə liderlik edirlər. Onların internet-trafikin ümumi həcmindəki ümumi payı müvafiq olaraq 74 və 79 faiz təşkil edir.
Baxış sayı: 6700
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır