12px13px15px17px
Tarix:02/06/11

Erik Şmidt təəccübləndirdi

Google Direktorlar Şurasının başçısı Erik Şmidt D9 konfransında bir qədər maraqlı və hətta gözlənilməz bəyanatlar verib. O, təhlükəsizlikdən narahat olan istifadəçilərə Windows-dan Mac OS-a keçməyi məsləhət görüb. O, bunun səbəbini Apple platformasının virus hücumlarına daha az meyilli olması ilə izah edib.
Maraqlıdır ki, Erik Şmidt Google əməliyyat sistemini - Chrome OS-u yada salmayıb. Eyni zamanda, O, Chrome brauzerindən və Gmail poçtundan istifadə etməyi məqsədəuyğun hesab edib.
Konfransda Google-un sabiq icraçı direktoru, həmçinin, şirkətin Facebook-la münasibətlərindən danışıb. O etiraf edib ki, indi dünyada nəhəng sosial şəbəkə hesab olunan Facebook-un rəqabət təhlükəsini vaxtında qiymətləndirə bilməyib. Korporasiya Facebook ilə sıx əməkdaşlıq haqqında razılaşmağa çalışıb, lakin Mark Sukerberqin kompaniyası bütün təkliflərdən imtina edib.
Erik Şmidt əmindir ki, hazırda IT bazarına Google, Apple, Amazon və Facebook-un daxil olduğu "dörd banda" rəhbərlik edir. PayPal və Twitter isə bu “dəstə”yə daha çox yaxınlaşıb, nəinki Microsoft.



Baxış sayı: 6371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024