Tarix: 30/04/13 “Yaxşı nə varsa qayıdır!”

“Nar Mobile” daha əvvəl elan etdiyi “Bumeranq” tarifinin özəlliklərini yenidən abunəçilərinin nəzərinə çatdırır. Tarif abunəçilərə ölkədaxili bütün istiqamətlərə heç bir abunə haqqı ödəmədən cəmi 7 qəpiyə zəng etmək imkanı yaradır.
Tarix: 30/04/13 Kommunikasiya xətlərinin çəkilişi ilə bağlı kotirovka sorğusu keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) kommunikasiya xətlərinin çəkilişi işinin satınalınması üçün kotirovka sorğusu keçirir.
Tarix: 30/04/13 Vətəndaşlar ərizə, şikayət və təkliflərini elektron qaydada göndərə biləcəklər

Ədliyyə Nazirliyinə (ƏN) ərizə, şikayət və təklifləri ünvanlamaq asanlaşdı. Belə ki, nazirlik “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə növbəti elektron xidmətini təqdim edib. Bununla da vətəndaşlar ərizə, şikayət və təkliflərini ƏN-ə elektron qaydada göndərə biləcəklər.
Tarix: 30/04/13 Azərbaycanda kredit məlumatlarının məxfiliyinin təmin edilməsinə xüsusi diqqət yetiriləcək

Azərbaycanda Kredit bürosunun yaradılması çərçivəsində kredit məlumatlarının məxfiliyinin təmin edilməsinə xüsusi diqqət yetiriləcək. Azərbaycanda Kredit Bürosunun Yaradılması üzrə İcra Komitəsinin sədri Rauf Axundov bildirib ki, Kredit bürosunun yaradılması çərçivəsində fərdi məlumatların qorunmasına böyük diqqət yetirilməsi məsələsi öndə durur.
Tarix: 30/04/13 İntranet əsaslı videotəlim mexanizmlərini əhatə edən bilik idarəetmə sistemi qurulacaq

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) biliklərin idarə edilməsi sisteminin qurulmasına dair seminar keçirilib.
Tarix: 30/04/13 İnformasiya Texnologiyaları Universiteti bu il sentyabrın 15-dən etibarən fəaliyyətə başlayacaq

“İnformasiya Texnologiyaları Universiteti bu il sentyabrın 15-dən etibarən fəaliyyətə başlayacaq”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov jurnalistlərə deyib.
Tarix: 30/04/13 Elektron imzadan istifadə edərək kreditorlar özləri haqda məlumat ala bilərlər

Azərbaycanda Kredit Bürosunun Yaradılması üzrə İcra Komitəsinin “Kredit bürosu”na dair konfransı keçirilib. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi (ACAFİ) çərçivəsində təşkil olunub.
Tarix: 30/04/13 Azərbaycan müasir mobil texnologiyaların tətbiqi üçün əlverişli məkandır

Azərbaycan müasir mobil texnologiyaların tətbiqi üçün əlverişli məkandır. Bu sözləri mobil texnologiyaları üzrə Dünya Gənclər Forumunun iştirakçısı “KnowledgeFox Gmbh” şirkətinin təsisçisi, Avstriya Araşdırmalar Mərkəzinin nümayəndəsi Peter Bruck deyib.
Tarix: 30/04/13 İnformasiya və kommunikasiya texnologiyaları üzrə 100 azərbaycanlı gənc xaricdə təhsil alır

İndiyədək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 1640 nəfərin xaricdə təhsil xərcləri maliyyələşdirilib.
Tarix: 30/04/13 “Təhsil, texnologiya və tərəqqi”

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Təhsil, texnologiya və tərəqqi” mövzusunda sərgi açılıb.
Tarix: 30/04/13 Bələdiyyələr xəritələrinin hazırlanmasını elektron qaydada sifariş verə bilər

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən bələdiyyələrin xəritələrinin hazırlanması ilə bağlı edilən müraciətlərin qəbulu elektronlaşdırılıb. Bu e-xidmət bələdiyyələrin hüdudları daxilində torpaq sahələri barədə məlumatların alınmasını əhatə edir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə DTXK-dan məlumat verilib.
Tarix: 30/04/13 Azərbaycanda İKT üzrə ixtisaslaşan gənclər ordusu yetişir

«Bu gün Azərbaycanda yüksək intellektli, yeni texnologiyaları dərindən qavrayan, İT üzrə ixtisaslaşan gənclər ordusu yetişir. Onlar çox yaxında dünyada informasiya-kommunikasiya texnologiyaları sahəsində öz sözünü deyəcək».
Tarix: 30/04/13 Hansı ölkə ən böyük fərdi kompüter bazarı adına layiq görülüb?

“IHS iSuppli” analitik şirkətinin dərc etdiyi hesabata əsasən, Çin ən böyük fərdi kompüter bazarı adına layiq görülüb. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, adıçəkilən hesabatda qeyd edilir ki, 2012-ci ildə sözügedən ölkədə yeni kompüterlərin tədarük həcmi 69 milyon olub.
Tarix: 30/04/13 “İnformasiya-kommunikasiya texnologiyaları və qloballaşma” mövzusunda elmi konfrans keçiriləcək

Mayın 4-də Astara rayonunda Təhsil Nazirliyi və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ”İnformasiya-kommunikasiya texnologiyaları (İKT) və qloballaşma” mövzusunda elmi konfrans keçiriləcək.
Tarix: 30/04/13 Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elektron məlumat bazasının təqdimatı keçiriləcək

Mayın 2-də saat 10:00-da Kürdəmir şəhəri, Gənclər evində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev çağdaş kitabxana quruculuğunun banisidir” mövzusunda konfrans keçiriləcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248