12px13px15px17px
Tarix:30/04/13

“İnformasiya-kommunikasiya texnologiyaları və qloballaşma” mövzusunda elmi konfrans keçiriləcək

Mayın 4-də Astara rayonunda Təhsil Nazirliyi və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "İnformasiya-kommunikasiya texnologiyaları (İKT) və qloballaşma" mövzusunda elmi konfrans keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan qeyd edilib ki, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor konfransda Azərbaycan alimləri ilə yanaşı, digər ölkələrin nümayəndələrinin də iştirak edəcəyini bildirib.

Belə ki, tədbirdə Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasının Fəlsəfə kafedrasının müdiri, professor Aleksandr Nikolayeviç Çumakov, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Sosial Fəlsəfə Bölməsinin müdiri, akademik Valentina Qavrilovna Fedotova, Beynəlxalq Münasibətlər İnstitutunun Sosiologiya kafedrasının dosenti Nadejda Nikolayevna Fedotova və başqa qonaqların iştirakı gözlənilir.

HƏQİQƏT



Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024