Tarix: 05/12/12 “Nar Mobile”: “Eşitməmək - düşünməmək deyil”

Şirkət “Eşitməmək - düşünməmək deyil” layihəsi çərçivəsində yeni aksiya keçirib. “Nar Mobile” şirkətinin əməkdaşları “Eşitməmək - düşünməmək deyil” sosial layihəsi çərçivəsində “Azərbaycan Karlar Cəmiyyəti”ndə eşitmə qabiliyyəti məhdud olan gənclərlə görüş keçiriblər.
Tarix: 05/12/12 QHT-lərin layihələri elektron qaydada qəbul ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elektron hesabatların qəbulu və layihələrin elektron formada verilməsi üzərində işləyir.
Tarix: 05/12/12 “Volvo” avtomobilləri sürücüsüz hərəkət edəcəklər

İsveçin “Volvo Car” şirkəti avtomobillərini avtomatik kompüter idarəetmə sistemi ilə təchiz edəcək birinci istehsalçı olmağı planlaşdırır. Birinci partiyanın artıq 2014-cü ildə istehsal ediləcəyi gözlənilir.
Tarix: 05/12/12 “Mədəd” təlimçilərinin “İntel® Təhsil Proqramları” portalında qrupu yaradılıb

“Mədəd İntel® Təhsil Proqramları” çərçivəsində artıq Azərbaycandan olan təlimçilərin də “İntel® Educators Engage community”-də qrupu fəaliyyətə başlayıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Mədəd-Azərbaycan”dan məlumat verilib.
Tarix: 04/12/12 “İntel” çiplərini təkmilləşdirəcək

“İntel” korporasiyası “MacBook Air” noutbukunda və “Windows” ilə işləyən planşetlərdə tətbiq edilən “Ivy Bridge” mikroarxitekturasında hazırlanmış çiplərin enerji səmərəliliyini artıracaq. Şirkətin planları ilə tanış mənbənin “CNET”-ə verdiyi məlumata görə, “İntel” prosessorun təxminən 2 dəfə az enerji işlədəcək versiyasını hazırlayır.
Tarix: 04/12/12 Mobil trafikin sürəti artıb

Mobil trafikin artım sürəti o qədər yüksəkdir ki, bəzi ölkələrdə artıq kompüter vasitəsilə yaradılan trafiki üstələyib. Hazırda internet trafikin 13 faizi internetə daxil ola bilən smartfon, planşet və digər "cib" qurğularının payına düşür.
Tarix: 04/12/12 İtaliyanın “Akhela” şirkəti İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığa maraq göstərir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İtaliyanın “Akhela” şirkətinin nümayəndələri Pyerkario Rauasiyo, Sandro Teti və Qianluka Karta ilə görüş keçirilib. Görüşdə institutla tanışlıq və müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Tarix: 04/12/12 “Bakcell” fiziki qüsurlu uşaqların sosial ünsiyyətinin inkişafı layihəsini dəstəkləyir

“Bakcell” şirkəti 2010-cu ilin mart ayında başlanılmış və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə birgə həyata keçirilən, fiziki qüsurlu uşaqların sosial ünsiyyət bacarıqlarının artırılması layihəsinin yeni üçüncü mərhələsinə start verilib. Bu, “Bakcell”in UAFA ilə birgə son 2 il ərzində həyata keçirdiyi uğurlu layihələrin davamıdır.
Tarix: 04/12/12 Azərbaycan-İtaliya biznes forumunda İKT sahəsində fəaliyyət göstərən iş adamları da iştirak edəcək

Dekabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.
Tarix: 04/12/12 Yarımkeçirici sənayesinin həcmi 303 milyard dollar təşkil edəcək

“IHS iSuppli” şirkətinin analitikləri 2012-ci ilin nəticəsinə görə, ötən illə müqayisədə çip satışından əldə olunan gəlirin 2,3 faiz azalacağını proqnozlaşdırıblar. Şirkətin ilkin hesabatına əsasən, istehsalçılar yarımkeçirici sənayesindən 303 milyard dollar əldə edəcəklər.
Tarix: 04/12/12 “Apple” öz simsiz enerjidoldurma texnologiyasına dəyişikliklər edib

“Apple” daha bir mübahisəli patent üçün ərizə verib. “iPhone” və “iPad” qurğularının istehsalçısı mobil qurğuların simsiz enerji ilə doldurulması üsulu üzərində hüquq əldə etmək istəyir. Şirkətin bəyanatına görə, onların texnologiyası tamamilə yenidən düşünülüb və rəqiblərindən fərqlənir.
Tarix: 04/12/12 Mobil telefon asılılığı şəxsi münasibətləri korlayır

Bu yaxınlarda keçirilmiş araşdırmanın nəticəsinə görə, mobil telefona həddən ziyadə bağlılıq narkotik maddələrin yaratdığl təsirlə müqayisə oluna bilər. Bu isə həmin insanın yaxınları ilə münasibətlərinə mənfi təsir göstərə bilər.
Tarix: 04/12/12 Milli Arxiv İdarəsi daha bir elektron xidmət təqdim edib

Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün elektron müraciət xidməti istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Milli Arxiv İdarəsi tərəfindən təqdim olunan elektron xidmət artıq “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiya edilib.
Tarix: 03/12/12 BTRİB gündəlik nəzərdə tutulan işlər üzrə elektron nəzarət sistemi tətbiq edib

Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə bütün telefon rabitəsi və internet xidmətlərinin ödənişlərinin internet üzərindən, bankomatlar vasitəsilə və “paypoint” ödəniş sistemləri üzərindən aparılması təmin edilib.
Tarix: 03/12/12 “SMS” 20 yaşını qeyd edir

Sürətlə dəyişən dünyamızda texnoloji nöqteyi-nəzərdən köhnəlmiş, lakin hələ də mövcud olan və insanları sevindirən bir neçə həll qalmaqdadır. Smartfonların müasir funksiyalarla təchiz edilməsinə baxmayaraq, 160 simvol uzunluğunda mesajlar bütün rabitə qurğularında əvvəlki kimi başlıca atribut olaraq qalır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248