Tarix:04/12/12
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, təmsil etdikləri şirkət haqqında məlumat verən qonaqlar “Akhela”nın innovativ təşkilat olduğunu və 12 ildir ki, İKT bazarında fəaliyyət göstərdiyini bildiriblər.
Qeyd olunub ki, bu gün şirkət beynəlxalq aləmdə İT xidmətlər sahəsində uğurla inkişaf edərək İtaliya bazarının inkişafında da əhəmiyyətli rol oynayır. “Akhela” “bulud” hesablamaları, mobil sistemlər, əşyaların interneti, İT sistemlərin təhlükəsizliyi və optimallaşdırılması sahələrində ən müasir texnologiya və metodologiyaları sınaqdan keçirir.
Sonra AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, innovativ şəraiti, maddi-texniki bazası və burada görülən işlərlə bağlı ətraflı məlumat verib. İnstitutun Avropa elmi mühitinə inteqrasiya etdiyini, müxtəlif xarici elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayıb.
Qonaqlar institutun Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, “AzScienceNet” monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar və digər informasiya texnologiyaları ilə yaxından tanış olublar.
Görüşdə həmçinin “Akhela” ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivləri, İKT üzrə birgə layihələrin həyata keçirilməsi və müvafiq istiqamətlərdə kadr mübadiləsi məsələləri müzakirə olunub.
HƏQİQƏT
İtaliyanın “Akhela” şirkəti İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığa maraq göstərir
AMEA İnformasiya Texnologiyaları İnstitutunda İtaliyanın “Akhela” şirkətinin nümayəndələri Pyerkario Rauasiyo, Sandro Teti və Qianluka Karta ilə görüş keçirilib. Görüşdə institutla tanışlıq və müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, təmsil etdikləri şirkət haqqında məlumat verən qonaqlar “Akhela”nın innovativ təşkilat olduğunu və 12 ildir ki, İKT bazarında fəaliyyət göstərdiyini bildiriblər.
Qeyd olunub ki, bu gün şirkət beynəlxalq aləmdə İT xidmətlər sahəsində uğurla inkişaf edərək İtaliya bazarının inkişafında da əhəmiyyətli rol oynayır. “Akhela” “bulud” hesablamaları, mobil sistemlər, əşyaların interneti, İT sistemlərin təhlükəsizliyi və optimallaşdırılması sahələrində ən müasir texnologiya və metodologiyaları sınaqdan keçirir.
Sonra AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, innovativ şəraiti, maddi-texniki bazası və burada görülən işlərlə bağlı ətraflı məlumat verib. İnstitutun Avropa elmi mühitinə inteqrasiya etdiyini, müxtəlif xarici elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayıb.
Qonaqlar institutun Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, “AzScienceNet” monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar və digər informasiya texnologiyaları ilə yaxından tanış olublar.
Görüşdə həmçinin “Akhela” ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivləri, İKT üzrə birgə layihələrin həyata keçirilməsi və müvafiq istiqamətlərdə kadr mübadiləsi məsələləri müzakirə olunub.
HƏQİQƏT
Baxış sayı: 1071
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır