Tarix: 23/01/12 Dördnüvəli "LG X3" smartfonu

"PocketNow" saytı "LG" şirkətinin flaqman smartfonunun təsvirini dərc edib. Ehtimal ki aparat fevral ayında keçiriləcək "MWC 2012" sərgisində təqdim ediləcək. Qurğu "X3" adlanır və "NVİDİA Tegra 3" platformasına əsaslanır. Dördnüvəli prosessorla təchiz edilib. Aparatın qalınlığı təxminən 9 mm təşkil edir.
Tarix: 23/01/12 "İntel" korporasiyası yeni "CEO" hazırlayır

Dünyanın ən böyük mikroprosessor istehsalçısı olan "İntel" korporasiyası keçən həftə Brayen Krzaniçi əməliyyat direktoru vəzifəsinə təyin edib. 51 yaşlı Krzaniç bundan əvvəl şirkətin baş vitse-prezidenti idi və məhsul istehsalına cavabdehlik daşıyırdı. Analitiklər qeyd edirlər ki,
Tarix: 23/01/12 İKT üzrə yeni İctimai Birlik yaradılır

Ölkədə informasiya və kommunikasiya texnologiyaları üzrə yeni İctimai Birlik yaradılır. Ötən il “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin yaradılması üzrə zəruri tədbirlər görülmüş və müvafiq normativ-hüquqi sənədlər hazırlanıb.
Tarix: 23/01/12 Mobil telefon xidmətlərinin qiyməti 30 faiz aşağı düşüb

2011-ci ildə ölkənin mobil şəbəkəsində abunəçilərlə hesablaşmalarda “kontur” sistemindən “manat” sisteminə keçilməsi mobil telefon xidmətlərinin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, ötən il mobil telefon xidmətlərinin qiyməti 30%, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50% azalıb.
Tarix: 21/01/12 2011-ci ildə İKT sektorunda artım tempi 12,8 faiz olub

Ötən illə müqayisədə İKT sektorunda artım tempi 12,8 faiz, o cümlədən telekommunikasiya sektorunda 9,8 faiz, İT sektorunda 1,4 dəfə, poçt sektorunda 5 faiz, informasiya sektorunda isə 33 faiz təşkil edib. 2011-ci ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1314,9 milyon manat təşkil edib.
Tarix: 21/01/12 “Apple” şirkəti bir çox ölkələri geridə qoyub

“Apple” şirkətinin kapitallaşdırma dəyəri 400 milyard dollara çatıb. Bu isə Yunanıstan, Avstriya, Argentina və CAR kimi ölkələrin “dəyər”ini ötüb. Bundan əlavə, Kupertinodan olan şirkət ən sürətlə inkişaf edən texnologiya korporasiyalarından biridir. Hal-hazırda “Apple” şirkəti kapitallaşdırma dəyərinə görə dünyanın ən
Tarix: 21/01/12 Əməliyyat sistemlərinin yeni reytinqi dərc olunub

“Nokia” şirkəti ilə əməkdaşlıq sayəsində “Microsoft” korporasiyası mobil əməliyyat seqmentində rəqiblərini sıxışdıra biləcək. “iSuppli” ekspertləri belə hesab edirlər. Mütəxəssislərin sözlərinə əsasən, “Windows Phone” 2015-ci ildə “iOS”-u ötərək ən geniş yayılmış mobil platformalar arasında ikinci yerə çıxacaq.
Tarix: 21/01/12 “Samsung” məhkəmə təhqiqatlarına 60 milyon dollar xərcləyib

Yanvar ayının 20-si tarixində növbəti məhkəmə hökmünün çıxarılmasından sonra “Samsung” şirkəti “Apple” şirkəti ilə hüquqa qarşı durmasının ona hansı qiymətə başa gəlməsi haqqında məlumat verib.Koreya korporasiyası rəhbərliyinin nümayəndələrindən biri bildirib ki,
Tarix: 21/01/12 “Microsoft” hesabat verdi

“Microsoft” korporasiyası cari maliyyə ilinin ikinci rübünün nəticələri haqqında məlumat verib. “Redmond” korporasiyasının mədaxili 20,9 milyard dollar təşkil edib. Bu, əvvəlki maliyyə ilinin ikinci rübündəki nəticədən təxminən 5% çoxdur. Ofis məhsulları və biznes-paketlərlə korporasiya təxminən 6,3 milyard dollar dəyərində mədaxil qazanıb.
Tarix: 21/01/12 “İntel” korporasiyası maliyyə ilini rekord nəticələrlə başa vurub

”İntel” korporasiyası 2011-ci ilin dördüncü rübü və ümumilikdə 2011-ci il üzrə maliyyə göstəricilərini dərc edib. "İntel" korporasiyası 3 ay ərzində 13,9 milyard dəyərində mədaxil qazanıb və 2010-cu ilin analoji dövrünü 21% üstələyə bilib. 2011-ci ilin dördüncü rübündə xalis mənfəət 6% artaraq 3,4 milyard dollar təşkil edib.
Tarix: 21/01/12 “İBM” korporasiyasının mədaxil və mənfəəti artıb

“İBM” korporasiyasının maliyyə göstəriciləri analitiklərin proqnozlarını üstələyib.“İBM” korporasiyası 2011-ci ilin dördüncü rübündə 29,5 milyard dollar dəyərində mədaxil əldə edib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə 2% çoxdur. Proqram təminatı korporasiyaya 7,6 milyard dollar,
Tarix: 21/01/12 “MSİ Wind Top AE2071”

“MSİ” şirkəti öz stolüstü kompyuterlər xəttinə monoblok korpusda hazırlanmış “Wind Top AE2071” modelini əlavə edib. Monoblok 1600×900 nöqtə təsvir ölçülü 20 düymlü sensor ekranla təchiz edilib. Modelin əsasını ikinci nəsil “Core” prosessoru ilə ”İntel Sandy Bridge” platforması təşkil edir.
Tarix: 19/01/12 “Sony Ericsson” şirkəti mobil aparatlar bazarında mövqeyini itirir

“Sony Ericsson” şirkəti bu gün 2011-ci ilin son rübü və bütün 2011-ci il üzrə maliyyə nəticələrini bildirib. “Sony Ericsson” mobil aparatlarının satışları azalmağa davam edir: 3 ay ərzində təxminən 9 milyon mobil telefon və smartfon satılıb, bu isə 2010-cu ilin son rübü ilə müqayisədə 20% azdır.
Tarix: 19/01/12 2014-cü ildə server bazarına yeni çiplər “hücum”a başlayacaqlar

“ARM” şirkətinin icraçı direktoru Uorren İst korporativ avadanlıq bazarının mənimsənilməsi üzrə şirkətin planlarını ifadə edib. Hal-hazırda “ARM” çipləri, əsasən mobil qurğularda, planşet kompyuterlərində, smartfonlarda və s-də istifadə edilir.
Tarix: 19/01/12 “Fujitsu”-dan yeni planşet

“Fujitsu” şirkəti “Android 4.0 İce Cream Sandwich” əməliyyat sistemi ilə işləyəcək “Stylistic M532” planşet kompyuteri istehsal edəcək. Planşet üçüncü nəsil “nVidia Tegra” aparat platformasında hazırlanacaq.Sensor ekranın diaqonalı 10,1 düym təşkil edəcək; ekranın təsvir ölçüsü 1280×800 nöqtə olacaq.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248