12px13px15px17px
Tarix:23/01/12

"İntel" korporasiyası yeni "CEO" hazırlayır

Dünyanın ən böyük mikroprosessor istehsalçısı olan "İntel" korporasiyası keçən həftə Brayen Krzaniçi əməliyyat direktoru  vəzifəsinə təyin edib.

51 yaşlı Krzaniç bundan əvvəl şirkətin baş vitse-prezidenti idi və məhsul istehsalına cavabdeh idi. Analitiklər qeyd edirlər ki, " İntel" korporasiyası yaranma anından (1968-ci il) şirkətin baş direktorlarını həmişə öz əməkdaşlarından təyin edib. Korporasiyanın hazırkı baş direktoru Pol Ottellini də digər iki sələfi kimi şirkətdə əvvəllər əməliyyat direktoru vəzifəsini icra ediblər.

Krzaniç yeni vəzifəsində "İntel" korporasiyasında istehsala rəhbərlik etməyə davam edəcək. Həmçinin personal və informasiya texnologiyalarının da idarə olunmasını həyata keçirəcək.

"İntel onu yeni CEO vəzifəsinə irəli çəkəcəkmi? - "Evercore Partners" şirkətinin analitiki Patrik Vonq bildirib ki bu isisna edilmir.

"İntel"də qəbul edilmiş qaydalara əsasən, 61 yaşlı Pol Otellini 2016-cı ilin may ayına kimi öz vəzifəsində qala bilər, sonra isə o, təqaüdə çıxmalı olacaq. "İntel"in mətbuat katibi Laura Andersonun sözlərinə əsasən, Pol Otellini "İntel" korporasiyasının rəhbəri qalmağa davam edir.

Brayen Krzaniç "İntel"də 1982-ci ildən işləyir. Məhz Krzaniç son illərdə "İntel"də yeni texnologiyaların hazırlanmasında mərkəzi rollardan birini oynayıb.
 




Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024