Tarix: 27/12/11 “Bakcell” və “RİM” yeni “BlackBerry” məhsullarını təqdim edib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Research in Motion” (RİM) şirkəti ilə birgə yeni “BlackBerry” məhsullarını təqdim edib. Bu məhsullar “BlackBerry” cihazlarından istifadə edən bütün “Bakcell” abunəçiləri (CİN, Klass və Gold) üçün nəzərdə tutulub.
Tarix: 27/12/11 Növbəti "Nar Dünyası" satış və xidmət mərkəzləri istifadəyə verildi

Xaçmaz şəhərində N. Nərimanov küç. 54A ünvanında “Nar Mobile” tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzləri istifadəyə verilib. Yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir.
Tarix: 27/12/11 “ASUS” şirkəti 2012-ci ildə 3-6 milyon planşet tədarük etməyi planlaşdırır

“ASUS” şirkətinin prezidenti Coni Şi gələn il üçün planşet tədarükləri ilə bağlı olduqca optimist proqnoz verib.Belə ki, şirkət 2012-ci ildə 3-6 milyona qədər planşet istehsal etməyi planlaşdırır. Qeyd edək ki, cari ildə 1.8 milyon planşet istehsalı gözlənilir. Şirkətin prezidenti Coni Şi bildirib ki,
Tarix: 26/12/11 2012-ci ildə “WP” smartfonlarının bazar payı artacaq

Hal-hazırda “Windows Phone” (WP) smartfonlarının bazar payı 2% təşkil edir.Bununla belə “Digitimes Research” nəşri hesab edir ki, artıq 2012-ci ildə “Windows Phone” smartfonlarına tələbat əhəmiyyətli dərəcədə artacaq. Analitiklərin sözlərinə əsasən, gələn il “WP”-smartfon tədarükləri 40 milyona çatacaq,
Tarix: 26/12/11 “Acer” şirkəti planşet bazarını tərk etmək niyyətində deyil

“Acer” şirkətinin həmtəsisçisi Sten Şix şirkətin planşet kompyuter satışlarını dayandırması haqqında yayılan şayiələrə öz fikrini bildirib. Onun sözlərinə əsasən, “Acer” şirkəti planşet bazarında uğura nail olmasa da, təslim olmaq niyyətində də deyil. Cənab Şix qeyd edib ki,
Tarix: 26/12/11 “Sony” öz payını “Samsung”a satacaq

“Sony” şirkəti maye kristal panellər istehsal edən ortaq müəssisədəki 50%-lik payını “Samsung” şirkətinə satmağa qərar verib. Sazişin dəyəri 940 milyon təşkil edəcək. Əgər tənzimçilər razılaşmanı təsdiqləsələr, o zaman sazişi 2012-ci ilin yanvar ayının sonunda bağlamaq planlaşdırılır.
Tarix: 26/12/11 “Google” şirkəti planşet istehsal edəcək

“Google” şirkəti bu yaxınlarda yaxın 6 ay ərzində planşet istehsal etmək niyyəti haqqında bildirib. “Android”-planşet istehsalçıları isə bundan narahat olublar. İnternet-nəhəngin partnyorları istifadəçilərin “Google”-un hazırladığı qurğunu gözləyəcəklərindən narahatdırlar. Belə olan halda isə onların planşetləri 2012-ci ilin ilk yarısında satılmayacaq,
Tarix: 26/12/11 “Apple” 110 milyondan çox smartfon tədarük edəcək

“Apple” şirkəti 2011-ci ilin dördüncü rübünün nəticəsinə əsasən, “iPhone 3GS”, “iPhone 4” və “iPhone 4S” modelləri daxil olmaqla 30,3 milyon smartfon tədarük edə bilər. “Susquehanna” investisiya firması belə proqnoz verib. Qeyd edək ki, əvvəlki proqnoz 27,1 milyona bərabər idi.
Tarix: 26/12/11 Kompyuter istehsalçıları milyardlarla dollar itirəcəklər

Taylandda baş vermiş daşqın “İntel” korporasiyasının fəaliyyətinə son dərəcə mənfi təsir göstərib. Bunun nəticəsində prosessor nəhəngi on, hətta yüzmilyonlarla dollar itirə bilər. Lakin analitiklər belə hesab edirlər ki, təbii fəlakət ən ciddi zərbəni “Dell” və “HP” kompyuter istehsalçılarına vurub.
Tarix: 24/12/11 “Samsung” şirkəti “Dual SİM” ilə olan ilk “Android” smartfonlarını təqdim edib

“Samsung” şirkəti “Dual SİM” dəstəkləyən ilk “Android” smartfonlarını – “Galaxy Y Duos” və “Galaxy Y Pro Duos”-u təqdim edib. Yeni smartfonlar 2012-ci ilin yanvar ayında tədarük edilməyə başlanacaq.
Tarix: 24/12/11 “Nokia” şirkəti ağ və sarı korpuslarda “Lumia 800” smartfonları hazırlayır

Fransada keçirilən tədbirdə finlər “Lumia 800” smartfonunun sarı və ağ rəngli korpusda olan versiyalarını təqdim ediblər.
Tarix: 24/12/11 “İntel” korporasiyası prosessor bazarındakı mövqeyini möhkəmləndirir

“iSuppli” şirkəti 2011-ci ilin üçüncü rübü üzrə prosessor bazarındakı qüvvələr nisbətini qiymətləndirib. “İntel” korporasiyası ən böyük təchizatçı olaraq qalıb: korporasiyanın payı 1 il ərzində 80,9%-dən 83,7%-ə qədər artıb.
Tarix: 24/12/11 İngiltərə və Hindistanda ucuz planşet

Britaniyanın “Raspberry Pi” şirkəti 25 dollar dəyərində olan mini-kompyuterlərin ticarət istehsalına başlamağa hazırdır. Hal-hazırda istehsalçılar son testləri keçirirlər. Əgər testlər uğurla nəticələnsə, o zaman şirkət 2012-ci ilin yanvar ayında istehsala başlayacaq.
Tarix: 23/12/11 “Azercell” Xəzər Universitetində “E-learning” otağı yaradıb

Bu gün Xəzər Universitetində “Azercell” “E-learning” (Elektron öyrənmə) otağının açılışı baş tutub. “Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan bu otaq müasir proqram təminatı olan 26 kompyuterlə təchiz edilib. Mərkəzin köməyilə Xəzər Universitetinin tələbələri elektron təhsilin verdiyi
Tarix: 23/12/11 “Apple” korporasiyası noutbukları yanacaq elementləri ilə təchiz edəcək

“Apple” şirkəti ABŞ-ın Patent və ticarət markaları idarəsinə (USPTO) portativ qurğular üçün "yanacaq elementləri sistemi" ilə bağlı 2 patent ərizəsi verib. Söhbət noutbuk və digər qurğularda ənənəvi akkumulyator batareyalarının əvəzinə hidrogen yanacaq elementlərinin istifadəsindən gedir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248