12px13px15px17px
Tarix:23/12/11

“Azercell” Xəzər Universitetində “E-learning” otağı yaradıb

Bu gün Xəzər Universitetində “Azercell” “E-learning” (Elektron öyrənmə) otağının açılışı baş tutub. “Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan bu otaq müasir proqram təminatı olan 26 kompyuterlə təchiz edilib. Mərkəzin köməyilə Xəzər Universitetinin tələbələri elektron təhsilin verdiyi üstünlüklərdən yararlana biləcəklər.

“Azercell” “E-learning” otağı tələbələrin biliklərinin artırılmasını təmin etmək məqsədilə geniş funksiyalarla təchiz edilib. Artıq burada keçiriləcək dərslərin və imtahanların qrafiki tərtib edilib.

“E-learning” mərkəzində əsasən İqtisadiyyat və Menecment fakültəsinin dərsləri keçiriləcək.“E-learning” artıq effektivliyi sübut edilmiş yeni təhsil texnologiyalarından biridir.

Təhsilin yeni fəlsəfəsi kimi qəbul edilən “elektron öyrənmə” yeni texnologiyaların köməyi ilə həyata keçirilən təlim və tədris formasıdır. Bu zaman biliklərin, vərdişlərin və bacarıqların ötürülməsi üçün elektron kommunikasiya vasitələrindən aktiv istifadə edilir.

“E-learning” ixtisaslaşdırılmış saytlar vasitəsilə tədrisdən, virtual siniflərin, rəqəmli laboratoriyaların təşkilindən, xüsusi tədris proqramlarının istifadəsindən ibarətdir.

Xəzər Universiteti 2009-cu ildən etibarən “Moodle” (Module Object-Oriented Dynamic Learning Environment – Fənlərə İstiqamətlənmiş Dinamik Öyrənmə Mühiti) əsaslanan qarışıq təhsil kursları təşkil edir. Burada ənənəvi və internet əsaslı tədris həyata keçirilir.

Bu zaman tələbələr fənnin tədrisində istifadə edilən bütün materialları – kursun tədris planı, tövsiyə olunan oxu materialları, həftəlik tapşırıqlar və testləri sistem vasitəsilə əldə edirlər.

Vacib tədbirlər haqqında tələbələri əvvəlcədən məlumatlandırmaq üçün elektron elanlar lövhəsindən istifadə olunur. Bundan başqa, Xəzər Universiteti qarışıq təhsil sistemindən müntəzəm keçirilən dərslər və biznes təlimləri üçün istifadə edir.

Azercell” Azərbaycanda ilk dəfə olaraq yerli təhsil müəssisəsində belə tədris otağının yaradılmasına dəstək göstərib. “Azercell” Azərbaycanda ən qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlıq edir, azərbaycanlı tələbələrin inkişafına, dünya səviyyəli kadrlar yetişdirilməsi prosesinə öz töhfəsini verir.

Xatırladaq ki, bu il “Azercell”in dəstəyi ilə Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetində respublikada və bölgədə ilk dəfə olaraq “4G” sınaq imkanları yaradılıb.

Bundan əlavə, “Azercell” istedadlı tələbələrin təhsilini stimullaşdırmaq üçün xüsusi Təqaüd Proqramını həyata keçirir. Şirkətin “Barama” layihəsi isə bacarıqlı gənclərin öz ideyalarını reallaşdırmasına imkan verən geniş bir məkana çevrilib. 
 




Baxış sayı: 1312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024