12px13px15px17px
Tarix:24/02/12

Roma Papası “Twitter” vasitəsilə etiqad edənlərə xeyir-dua verəcək

“İCTnews” elektron xəbər xidməti “infox.ru” resursuna istinadən xəbər verir ki, Roma Papası XVI Benedikt 2012-ci il fevralın 22-dən aprelin 7-si tarixinə qədər keçiriləcək “Böyük Pəhriz” zamanı xeyir-dua vermək üçün “Twitter” mikrobloqlar xidmətindəki hesabından istifadə edəcək.

40 gün ərzində Roma katolik kilsəsinin arxiyepiskopunun danışığından lazımi  hissələr “Twitter” xidmətində dərc ediləcək, Papa Şurasının sosial kommunikasiyalar üzrə rəhbəri baş yepiskop Klaudio Mario Çelliyə istinadən "Vatikan Radiosu" saytı məlumat verib.

Xristianlığın təbliğ edilməsi üçün gənclərin geniş istifadə etdiyi kommunikasiya vasitələrini tətbiq etmək çox faydalıdır,- baş yepiskop belə hesab edir.

Hazırda XVI Benediktin “Twitter”də 531 tviti və təxminən 10 min abunəçisi var. Onun tvitlərinin ingilis, italyan, fransız və alman dillərində dərc ediləcəyi güman edilir,- “BBC” məlumat verib.

EMİL




Baxış sayı: 1712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024