12px13px15px17px
Tarix:25/02/12

Mobil elektronika üçün yaradılan əlavələr bazarı tədqiq edilib

“İCTnews” elektron xəbər xidməti “osp.ru” resursuna istinadən xəbər verir ki, “Canalys” şirkəti mobil elektronika üçün yaradılan əlavələr bazarını tədqiq edib. Tədqiqat nəticəsində məlum olub ki, “Android Market” mağazasındakı əlavələr “App Store”-dəki analoqları ilə müqayisədə 2 dəfə bahadır. Analitiklər tədqiqat üçün “Android Market” mağazasından 100 ən populyar və yüklənən əlavə seçiblər.

“App Store” mağazasından da həmin əlavələrin  eyni sayda analoqu seçilib. Proqramların ümumi qiymətini hesabladıqda aydın olub ki, “Android” platforması üçün əlavələr “iOS” üçün əlavələrdən təxminən 2,5 dəfə bahalıdır.

“Android Market” mağazasında 100 ən populyar əlavə üçün təxminən 375 dollar ödəmək lazımdır. Bu, o deməkdir ki, 1 əlavənin qiyməti orta hesabla 3,75 dollar təşkil edir. “App Store” mağazasında isə 1 əlavənin qiyməti 1,47 dollar təşkil edir.

 
EMİL




Baxış sayı: 1642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024