Tarix:28/02/12
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin mənimsənilməsi və ölkənin ümumtəhsil, həmçinin ali təhsil müəssisələrində İKT-nin geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlərin həyata keçirildiyini və bu prosesin ölkə prezidenti tərəfindən dəstəkləndiyini bildirdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr və görüləcək işlərdən danışdı.
Professor təhsildə İKT-nin tətbiqini müasir dövrdə bu sahədə innovativ inkişafın əldə olunması baxımından mühüm vasitə kimi dəyərləndirdi. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr və əməkdaşlıq əlaqələri haqqında məlumat verdi.
İnformatika müəllimləri üçün yeni İKT bilikləri, proqramlaşdırma ilə bağlı tədrisin aparılması və olimpiadaların təşkilinin əhəmiyyətini vurğuladı, institutun Tədris-İnnovasiya Mərkəzində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Olimpiya Mərkəzi və “Gənc proqramçılar məktəbi” layihələri haqqında söhbət açdı.
Görüşdə həmçinin İKT-nin biznes və idarəetmədə, səhiyyə, ictimai və humanitar elmlərdə və s. sahələrdə tətbiqi, yeni nailiyyətlərin əldə olunması, bu sahədə mövcud problemlər və onların həlli məsələləri müzakirə olundu, təklif və tövsiyyələr bildirildi.
Sonra qonaq İTİ-nin Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, AzScienceNet monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar və digər informasiya texnologiyaları ilə yaxından tanış oldu, gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.
Dünya bankının eksperti AMEA İnformasiya Texnologiyaları İnstitutunda olub
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Dünya bankının İKT fənn kurikulumunun tətbiqi üzrə beynəlxalq eksperti Sayyora Raxmankulova ilə görüş keçirildi. Görüşdə dünya üzrə yeni təhsil standartları, təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, kurikulum proqramının məqsədi və perspektivləri məsələləri müzakirə olundu. Həmçinin Azərbaycanda təhsil müəssisələrinin İKT ilə təminatı və təhsilin informasiyalaşdırılması siyasətinin reallaşdırılması məqsədilə görülən işlər və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verildi.AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin mənimsənilməsi və ölkənin ümumtəhsil, həmçinin ali təhsil müəssisələrində İKT-nin geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlərin həyata keçirildiyini və bu prosesin ölkə prezidenti tərəfindən dəstəkləndiyini bildirdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr və görüləcək işlərdən danışdı.
Professor təhsildə İKT-nin tətbiqini müasir dövrdə bu sahədə innovativ inkişafın əldə olunması baxımından mühüm vasitə kimi dəyərləndirdi. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr və əməkdaşlıq əlaqələri haqqında məlumat verdi.
İnformatika müəllimləri üçün yeni İKT bilikləri, proqramlaşdırma ilə bağlı tədrisin aparılması və olimpiadaların təşkilinin əhəmiyyətini vurğuladı, institutun Tədris-İnnovasiya Mərkəzində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Olimpiya Mərkəzi və “Gənc proqramçılar məktəbi” layihələri haqqında söhbət açdı.
Görüşdə həmçinin İKT-nin biznes və idarəetmədə, səhiyyə, ictimai və humanitar elmlərdə və s. sahələrdə tətbiqi, yeni nailiyyətlərin əldə olunması, bu sahədə mövcud problemlər və onların həlli məsələləri müzakirə olundu, təklif və tövsiyyələr bildirildi.
Sonra qonaq İTİ-nin Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, AzScienceNet monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar və digər informasiya texnologiyaları ilə yaxından tanış oldu, gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.
Baxış sayı: 984
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet