12px13px15px17px
Tarix:28/02/12

Hər gün aktivləşdirilən “Android” qurğuların sayı artıq 850 min təşkil edir

"İCTnews" elektron xəbər xidməti "ria.ru" resursuna istinadən xəbər verir ki, "Google" şirkətinin məhsulu olan "Android" platformasında hər gün aktivləşdirilən qurğuların sayı artıq 850 min təşkil edir. Bu göstərici 1 il ərzində 250% artıb. Bu barədə bazar ertəsi "Google" şirkətinin bloqunda "Android" hazırlamasının rəhbəri Endi Rubin bildirib.

Məlumat üçün bildirim ki, "Android" platforması ilə işləyən "ağıllı" telefonların sayı 300 milyon, planşet kompyuterlərinin sayı isə təxminən 12 milyon təşkil edir. Həmçinin "Android Market" mağazasındakı əlavələrin sayı 3 dəfə artıb.

"Biz keçən il "Mobile World Congress" konfransında "Android Market" mağazasına təxminən 150 min əlavə yüklənildiyi barədə məlumat vermişdik. Hazırda bu göstərici 3 dəfə artaraq 450 min təşkil edir" - Rubin belə deyib.

Qeyd edim ki, "Google" şirkətinin "Android" sistemi 2011-ci ildə 48,8% göstərici ilə smartfon platformaları arasında lider olub.

 
EMİL





Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024