12px13px15px17px
Tarix:01/03/12

“Eurovision 2012” manhı müsabiqəsinin aksessuarları online satışa çıxarılıb

"Eurovision 2012" Mahnı Müsabiqəsinin aksessuarları eurovision.tv saytında online satışa çıxarılıb. Eurovision.az saytı xəbər verir ki, üzərində Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin şüarı «Light your fire» yazılan geyim növləri (köynək, şərf, papaq), fincan, qeyd dəftərçələri, həmçinin məlumat kitabçaları və digər aksessuarlar alıcıların ixtiyarına verilib. Satış eurovision.tv saytının "Fanshop" bölməsi üzərindən həyata keçirilir.

Bu aksessuar və suvenirlər Avropa Yayımları Birliyinin (EBU) rəsmi tərəfdaşı olan «Badge Direct BV» şirkəti tərəfindən hazırlanıb.

Eurovision 2012 köynəkləri 24.95-44.95 Avro, papaqları 14.95 Avro, şərfləri 10 Avro, fincanları 7.50 Avro, digər müxtəlif aksessuarlar isə 4.95-119.95 Avro arasındadır. Builki aksessuarlar arasında Eurovision Mahnı Müsabiqəsi tarixində ən yaddaqalan ifaçılar barədə maraqlı faktlar və Bakı haqqında məlumatların yer aldığı kitabça da var.
 




Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024