12px13px15px17px
Tarix:02/03/12

“Windows 8” gün ərzində milyon dəfədən çox yüklənilib

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Windows 8” əməliyyat sisteminin ilkin versiyası (Windows 8 Consumer Preview) 1 gün ərzində milyon dəfədən çox yüklənib. Bu barədə “Microsoft” korporasiyası “Twitter” xidmətindəki mikrobloqunda məlumat verib.

“Windows 8” əməliyyat sisteminin ilkin versiyasını “preview.windows.com” saytından yükləmək olar.
Məlumat üçün bildirim ki, korporasiya, həmçinin 2011-ci ilin sentyabr ayında  “Windows 8” əməliyyat sisteminin tərtibatçılar (Developer Preview) üçün nəzərdə tutulan ilkin versiyasını təqdim etmişdi.

“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sistemi vasitəsi ilə sürətlə inkişaf edən planşet kompyuter bazarında rəqiblərini sıxışdırmağı planlaşdırır. Həmçinin, ənənəvi gəlir mənbəyi olan fərdi kompyuter seqmentini də əldən vermək istəmir. Sistem sensor idarəetməni dəstəkləyir.
Əməliyyat sisteminin final versiyasının 2012-ci ilin sonuna yaxın çıxması gözlənilir.

 
EMİL




Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024