12px13px15px17px
Tarix:03/03/12

App Store” onlayn-mağazasından yükləmələrin sayı 4 il ərzində 25 milyardı ötüb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Apple” şirkəti istehsalı olan qurğuların sahibləri “App Store” internet mağazasından 25 milyarddan çox əlavə yükləyiblər.

Bu barədə şirkətin saytında qeyd edilib. Məlumat üçün bildirim ki, “App Store” internet mağazası 2008-ci ilin yayında istifadəyə verilib.

Hazırda “App Store” əlavələr mağazasında “iPhone” smartfonları, “iPad” planşet kompyuterləri və “iPod touch” multimedia pleyerləri üçün 550 mindən çox proqram var.

Qeyd edim ki, “App Store” internet mağazasında yükləmələrin sayı 10 milyard həddini 2011-ci ilin yanvar ayında ötmüşdü. Həmin ilin iyul ayında isə şirkət yükləmələrin sayının 15 milyard, 3 ay sonra isə 18 milyard həddini ötməsi haqqında məlumat vermişdi.

EMİL



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024