Tarix:03/03/12
Təhlükəsizlik üzrə mütəxəssislər qeyd ediblər ki, bundan sonra foto istifadəçidən xəbərsiz serverə göndərilə bilər. Bunu həyata keçirmək üçün sadəcə internet-əlaqə lazımdır. "Android" platformasındakı boşluqdan istifadə etmək imkanı nümunə kimi nümayiş etdirilib.
Bunun üçün qurğuya "timer" əlavəsi quraşdırılıb. Əlavə qurğuda aşkar etdiyi fotoları fon rejimində internetdə təyin edilmiş ünvana göndərib. "Biz əlavələrin fotolara giriş əldə etməsi üçün icazə tələb olunmadığı faktını təsdiq edə bilərik" – "Lookout" antivirus şirkətinin texniki direktoru Kevin Maxaffi bildirib.
O qeyd edib ki, boşluq test etdikləri bütün qurğularda aşkar edilib. "Android" platformasını hazırlayan "Google" şirkəti də boşluğun mövcudluğunu təsdiq edib. Şirkətin nümayəndəsi bildirib ki, əlavələrin fotolara giriş imkanının olması proqramların əvvəlki "Android" qurğularda istifadəçi məzmunu ilə necə əlaqədə olması ilə əlaqəlidir.
EMİL
“Android” platformasından istifadə edənlərin fotolarına müdaxilə mümkündür
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Android" əməliyyat sistemindəki aşkar edilmiş boşluq sayəsində istifadəçi qurğusundakı quraşdırılmış və icra edilmiş əlavələr fotolara giriş əldə edə bilir.Təhlükəsizlik üzrə mütəxəssislər qeyd ediblər ki, bundan sonra foto istifadəçidən xəbərsiz serverə göndərilə bilər. Bunu həyata keçirmək üçün sadəcə internet-əlaqə lazımdır. "Android" platformasındakı boşluqdan istifadə etmək imkanı nümunə kimi nümayiş etdirilib.
Bunun üçün qurğuya "timer" əlavəsi quraşdırılıb. Əlavə qurğuda aşkar etdiyi fotoları fon rejimində internetdə təyin edilmiş ünvana göndərib. "Biz əlavələrin fotolara giriş əldə etməsi üçün icazə tələb olunmadığı faktını təsdiq edə bilərik" – "Lookout" antivirus şirkətinin texniki direktoru Kevin Maxaffi bildirib.
O qeyd edib ki, boşluq test etdikləri bütün qurğularda aşkar edilib. "Android" platformasını hazırlayan "Google" şirkəti də boşluğun mövcudluğunu təsdiq edib. Şirkətin nümayəndəsi bildirib ki, əlavələrin fotolara giriş imkanının olması proqramların əvvəlki "Android" qurğularda istifadəçi məzmunu ilə necə əlaqədə olması ilə əlaqəlidir.
EMİL
Baxış sayı: 937
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)