Tarix:05/03/12
Bu barədə etibarlı mənbəyə istinadən "The Verge" bloqu yazıb. "Android" platformasının istehsalçısı olan "Google" şirkəti hələ elan edilməmiş məhsullar haqqında yayılmış şayiələr ilə bağlı şərh verməyib. Məlumat üçün bildirim ki, "Google" şirkəti "Android" versiyalarını adlandırarkən əlifba prinsipinə riayət edir. Buna əsaslanaraq, güman etmək olar ki, "Key Lime Pie" kod adı "J" hərfi ilə başlayacaq əməliyyat sistemini əvəz edəcək.
Ehtimal ki, bu, "Jelly Bean" ("çeynənən konfet") olacaq. Həmçinin qeyd edim ki, 2012-ci ilin fevral ayının 27-si tarixində start götürmüş və artıq bitmiş "MWC" sərgisində "Google" stendində olan vazlarda məhz bu konfetlər var idi.
Hazırda "Android" platformasının sonuncu versiyası 4.0 və ya "Ice Cream Sandwich"-dir. "Gartner" analitiklərinin məlumatına görə, "Android" platforması dünyada ən populyar mobil əməliyyat sistemidir. Hər gün istifadəçilər bu platformada təxminən 850 min qurğu aktivləşdirirlər. Bu barədə 2012-ci ilin fevral ayında "Google" şirkətinin nümayəndələri bildiriblər.
EMİL
“Android” platformasının növbəti versiyası piroqun şərəfinə adlandırılacaq
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Google" korporasiyasının "Android" mobil əməliyyat sisteminin növbəti versiyalarından biri "Key Lime Pie" kod adına malik olacaq.Bu barədə etibarlı mənbəyə istinadən "The Verge" bloqu yazıb. "Android" platformasının istehsalçısı olan "Google" şirkəti hələ elan edilməmiş məhsullar haqqında yayılmış şayiələr ilə bağlı şərh verməyib. Məlumat üçün bildirim ki, "Google" şirkəti "Android" versiyalarını adlandırarkən əlifba prinsipinə riayət edir. Buna əsaslanaraq, güman etmək olar ki, "Key Lime Pie" kod adı "J" hərfi ilə başlayacaq əməliyyat sistemini əvəz edəcək.
Ehtimal ki, bu, "Jelly Bean" ("çeynənən konfet") olacaq. Həmçinin qeyd edim ki, 2012-ci ilin fevral ayının 27-si tarixində start götürmüş və artıq bitmiş "MWC" sərgisində "Google" stendində olan vazlarda məhz bu konfetlər var idi.
Hazırda "Android" platformasının sonuncu versiyası 4.0 və ya "Ice Cream Sandwich"-dir. "Gartner" analitiklərinin məlumatına görə, "Android" platforması dünyada ən populyar mobil əməliyyat sistemidir. Hər gün istifadəçilər bu platformada təxminən 850 min qurğu aktivləşdirirlər. Bu barədə 2012-ci ilin fevral ayında "Google" şirkətinin nümayəndələri bildiriblər.
EMİL
Baxış sayı: 934
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)