12px13px15px17px
Tarix:09/03/12

Amerika məhkəməsi məşhur İT şirkətinə qadağa qoydu

ABŞ-da məhkəmə "Apple" korporasiyasına 2012-ci ilin yanvar ayında müflis olmuş "Eastman Kodak" şirkəti ilə patent mübarizəsi aparmağı qadağan edib.

"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Apple" şirkəti "Kodak" şirkətinə qarşı patent iddiasını hələ 2010-cu ildə verib. O zaman "Apple" şirkəti fotoaparat istehsalçısını bir neçə patentinin pozulmasında ittiham etmişdi.

Məlumat üçün bildirim ki, XX əsrin sonunda fotoaparat və fotolent  istehsalında liderlərdən biri olmuş "Kodak" şirkəti son bir neçə ildə xeyli maliyyə ziyanına məruz qaldı. Şirkətin səhmlərinin qiyməti 1997-ci ildə 92 dollar təşkil edirdi. 2012-ci ilin əvvəlində isə səhmlərin qiyməti 47 sentə qədər azaldı.

Hazırda "Eastman Kodak" şirkəti istehsalını tədricən azaldır. Şirkət bu yaxınlarda rəqəmli foto və videokamera, həmçinin elektron fotoçərçivə istehsalını dayandırdı.
 
EMİL




Baxış sayı: 994

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024