12px13px15px17px
Tarix:10/03/12

İtaliyalılar Günəş yaradıblar (VİDEO)

İtaliyanın şimal hissəsində Viqanella adlı dörd bir yandan yüksək dağlarla əhatə edilmiş kiçik bir kənd yerləşir. Kənd ilin demək olar ki, üç ayı tamamilə Günəş şüasından təcrid olunur.

Əsrlərdir ki, Viqanella sakinləri isti Günəş şüasının kəndə yenidən düşdüyü günü bayram olaraq qeyd ediblər. Memar Cakomo Bontsaninin unikal ideyasından sonra Viqanelli ilin bütün ayları Günəş şüası ilə qızınacaq.

Belə ki, Viqanelli kəndinin ətrafında yerləşən dağlardan birinin üzərində nəhəng güzgü yerləşdirilib ki, bu güzgü şüanı özündə əks etdirərək kəndə yönəldir. Nəhəng güzgü 40 kvadratmert ölçüsündədir və Viqanellanın yerləşdiyi yerdən 870 metr hündürlükdə quraşdırılıb.

Bu unikal ixtira kəndə gələn turistlərin də sayının artmasına səbəb olub. Güzgü isə öz növbəsində kompüterin köməkliyi ilə idarə edilə bilir.






Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024